Azərbaycanın qış turizmində digər ölkələrdən üstünlükləri: İnsanlar təkcə təbiətdən zövq almırlar
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Azərbaycanın qış turizmi sahəsində qonşu ölkələrlə müqayisədə bir neçə üstünlüyü var".
Bu fikirləri Oxu.Az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.
O vurğulayıb ki, ölkəmizdə qış turizmi, əsasən, dağ-xizək mərkəzləri və digər qış idmanı fəaliyyətləri ilə əlaqəlidir:
"Şahdağ, Tufandağ və Qubada xizək mərkəzləri inkişaf etməkdədir. Ölkəmizin dağlıq ərazilərində qış idmanları və təbii mənzərələr turizmin inkişafına güclü təsir göstərir. Lakin qış mövsümündə turist axınının genişlənməsi üçün infrastrukturun daha da inkişaf etdirilməsi və bu sahə ilə bağlı reklam işlərinin gücləndirilməsi lazımdır.
Bununla yanaşı, Azərbaycanın qonşu ölkələrlə müqayisədə qış turizmi sahəsində bir neçə üstünlüyü var. Birincisi, ölkəmizin dağlıq əraziləri gözəl və əlverişlidir. Həmçinin bölgələrimizə qışda nisbətən daha az qar yağır. Buna baxmayaraq, xizək sürmək üçün uyğun şərait yaranır.
Növbəti səbəb isə ölkə əhalisinin qonaqpərvərliyi və mədəniyyətimizdir. Turistlər ölkəyə gəldikdə yalnız təbiətdən deyil, həm də mədəni irsdən zövq alırlar".
Ekspert vurğulayıb ki, Azərbaycan bir çox ölkələrlə viza rejimini sadələşdirib:
"Nəqliyyatın əlçatanlığı da xarici qonaqları ölkəmizə cəlb edən səbəblərdəndir. Xüsusən bu, postsovet məkanında yaşayan vətəndaşlar üçün geniş imkanlar yaradır.
Önəmli faktorlardan biri də təhlükəsizlik məsələsidir. Azərbaycanın səhiyyə və təhlükəsizlik səviyyəsində son illərdə ciddi inkişaf mövcuddur ki, bu da xarici turistləri daha rahat şəkildə qəbul etməyə imkan yaradır. Qış turizmi sahəmizə ən çox maraq göstərən bölgələr ərəb ölkələri və Körfəz regionudur. Xüsusilə Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn kimi ölkələrin vətəndaşları ölkəmizə böyük maraq göstərirlər. Əsas səbəb isə bu ölkələrdə qış mövsümünün olmamasıdır".
Məlik Məlikov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 10 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















