Icma.az
close
up
RU
Heyvanlar həqiqətənmi nitqimizi başa düşəcək qədər ağıllıdır?

Heyvanlar həqiqətənmi nitqimizi başa düşəcək qədər ağıllıdır?

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzən itimizin bizi həqiqətən də başa düşdüyünü hiss edirik. Yaxud biz onlayn şəkildə baxıb meymunun mürəkkəb göstərişlərə necə cavab verdiyinə heyran qala bilərik. Bu misallar artdıqca ağlımıza da belə bir sual gəlir: "Heyvanlar həqiqətən də bizimlə ünsiyyət qura bilirlərmi?". Alimlər bu sualı araşdırırlar. Cavablar aydın deyil, lakin olduqca maraqlıdır.

20-ci əsrin əvvəllərində Almaniyada səhnəyə çıxan "HANS" adlı at xalqın sevimlisinə çevrildi.

Sahibinin dediklərini anladığı, riyazi məsələləri həll etdiyi, hətta vaxtı bildiyi iddia edilən bu at əfsanəyə çevrildi. Hans sadə riyazi əməliyyatlar edə bilirdi və dırnaqları ilə yerə vuraraq cavabları verirdi. Məsələn,"üç dəfə dörd neçə edir?" soruşanda, ağıllı Hans dırnağını on iki dəfə yerə möhürlərdi. Yazılı bir mesajda -"iyirmidən on bir çıxarsanız, qalıq nədir?" soruşduqda Hans bu dəfə dırnağını doqquz dəfə yerə möhürlərdi. Bundan əlavə, Ağıllı Hans sahibi ilədə ünsiyyət qura bilirdi. "Hə" demək istəyəndə bir dəfə başını yelləyirdi,"Yox" demək istəyəndə isə başını sağa-sola o yana bulayırdı. Lakin müstəqil tədqiqatçılar tərəfindən aparılan araşdırmalar Hansın əslində yalnız sahibinin qeyri-ixtiyarı bədən hərəkətlərinə cavab verdiyini ortaya qoydu. Bu hadisə heyvanların həqiqətən dərk edib-etməməsi ilə bağlı ilk böyük sual işarəsini qaldırdı.

Hans hadisəsindən sonra tədqiqatçılar primatlar, quşlar, delfinlər və itlər kimi müxtəlif növ heyvanların insan dilini başa düşə bilib-bilmədiyini araşdırmağa başladılar.

Tədqiqatlar 60-70-ci illərdə xüsusilə də intensiv idi, lakin bir çoxları heyvanların sadəcə təqlid etdiyini düşünən elm adamları tərəfindən tənqid edildi. Məsələn, məşhur qorilla Koko hələ körpə vaxtlarından Stenford universitetinin alimləri ilə təlim keçir.

Bu qorilla minə yaxın işarə dili simvolu öyrənmişdi və iki mindən çox ingilis sözünü başa düşdüyü deyilirdi.

Bununla belə, Kokonun verdiyi bəzi siqnallar mənasız idi və onun şərhləri əsasən təlimatçıların şəxsi mülahizələrinə əsaslanırdı. Buna görə də Kokonun həqiqətən dili başa düşdüyünə dair aydın konsentus yoxdur.

Digər diqqətəlayiq nümunə isə Kanzi adlı bonobo növlü meymun idi.

1980-ci ildə anadan olmuş bu meymun simvolik klaviatura növü olan leksiqram lövhəsində məşq edilib.

Kanzi adlar, hərəkətlər və yerlər üçün simvollardan istifadə edərək məşqçilərinə sorğu verə bilər və hətta bəzi danışıq ingilis əmrlərini başa düşə bilərdi. 1993-cü ildə keçirdiyi bir təcrübədə o, əvvəllər eşitmədiyi cümlələri, məsələn "canavar maskasını tax və Lindanı qorxut" kimi cümlələri düzgün təkrarlayaraq tədqiqatçıları təəccübləndirdi.

Primatlardan keçdik, bəs itlər?

İtlər insan səsinə həssaslıq baxımından seçilir. Çeyser (Chaser) adlı sərhəd kollisi mindən çox sozü ayırd edə bilirdi.

2024-cü ildə aparılan bir araşdırmada itlər kontekst olmadan yalnız sözlərin səsinə cavab verdilər. Bu onların bəzi sözləri həqiqətən tanıdıqlarını göstərə bilər.

Bəs digər heyvanlar?

Keçmişdə delfinlərin dil kimi işarələrə cavab verdiyi də göstərilmişdir. 1984-cü ildə aparılan bir araşdırmada, əl siqnalları və kompüterləşdirilmiş səslərdən istifadə edərək təlimçilərinin rəhbərliyi altında delfinlər 2-5 sözdən ibarət cümlələri başa düşə və gecikmiş əmrlərə cavab verə bildilər. Bəzi hallarda, hətta başa düşmədiklərini göstərən qeyri-mümkün əmrlərə cavab verə bilirdilər.

Bildiyimiz kimi, pişiklər də sahibinin səsini digər səslərdən ayırd edə bilirlər, lakin onlar adətən onlara maraq göstərmədiyi təəssüratı yaradır.

Deməli, əsl məsələ onların bizi başa düşüb-düşməmələri deyil, bizim vecinə olub-olmamağımız ola bilər!

Bu gün heyvanların insan dilini nə dərəcədə başa düşə biləcəyi hələ də tam həll olunmayıb. Lakin tədqiqatlar nəticəsində məlum olub ki, bəzi növlər kontekstdən asılı olmayaraq, sözləri tanıya, əsas simvollarla ünsiyyət qura və bəzi əmrlərə cavab verə bilir.

Tahirə Nur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:623
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Yanvar 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri