Həzi Aslanov” stansiyasında təmirlə əlaqədar qatarların hərəkət qrafiki dəyişdirilir
Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.
Təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də “Həzi Aslanov” stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib. Qatarlar Qırmızı xətt üzrə (“İçərişəhər” stansiyasından) və Yaşıl xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasına qədər hərəkət edəcək.
“Operativ Media” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq:"Gur saatlarda (07:00-10:00 və 17:30-19:30) “28 May-Əhmədli” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 26 Noyabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















