Icma.az
close
up
RU
Hibrid avtomobillərə güzəştlər dəyişir: Real təsir, yoxsa süni bahalaşma cəhdi?

Hibrid avtomobillərə güzəştlər dəyişir: Real təsir, yoxsa süni bahalaşma cəhdi?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Hibrid avtomobillərinin satışına tətbiq edilən güzəştlərin dəyişməsi qiymət artımına müəyyən təsir edə bilər. Çünki bazarda elə qruplar var ki, istənilən kiçik siqnalı qiymətləri qaldırmaq üçün bəhanə kimi istifadə edirlər".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O, bildirib ki, hibrid avtomobillərinə verilən güzəştlər tamamilə ləğv olunmur və onsuz da onlar uzunmüddətli mexanizm kimi nəzərdə tutulmayıb:
"Buna görə də bu dəyişiklik qiymətlərə ciddi təsir göstərməyəcək. Əgər bu güzəştlər ümumiyyətlə olmasaydı belə, bugünkü qiymətlərin bundan daha yüksək olacağı ehtimal olunmur. Sadəcə fərq ondadır ki, bu mexanizm qalarsa, müəyyən endirimlər və təşviqlər vasitəsilə avtomobil bazarında dinamika yarana bilərdi. İndi isə bəzi satıcılar bundan istifadə edərək, “güzəştlər yoxdur, qiymətlər qalxacaq” kimi fikirlərlə süni bahalaşma yaratmağa cəhd edə bilərlər. Mənim vurğulamaq istədiyim məhz budur".
Ekspert bildirib ki, digər vacib məsələ odur ki, xaricdə istehsal olunan və Azərbaycana idxal edilən nəqliyyat vasitələrində rentabillik nəzərə alınmalıdır:
"Yəni hər kəs istədiyi qiymətə avtomobil gətirə bilməz, bazarda rəqabət var. Rəqabət olduğu təqdirdə qiymətlər də optimal formada formalaşır. Əks halda qiymətlərin ucuzlaşması real görünmür.
Bundan əlavə, ölkəyə gətirilən avtomobillərin servis təminatı, ehtiyat hissələrinin mövcudluğu və texniki xidmət imkanları da ciddi sual doğurur. Çünki müasir dövrdə alıcı sadəcə maşın almır, həm də uzunmüddətli istifadə üçün uyğun infrastruktur tələb edir. Bu sualların cavabı isə hələlik tam aydın deyil".
Onun sözlərinə görə, bu gün insanlar daha məlumatlıdır, internet dövrüdür və artıq kimsəni asanlıqla aldatmaq mümkün deyil, bazarda şəffaflıq və rəqabət mütləq olmalıdır.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Noyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri