Icma.az
close
up
RU
Hibrid avtomobillərə vergi güzəştlərinin ləğv olunması maşın bazarına necə təsir edəcək?

Hibrid avtomobillərə vergi güzəştlərinin ləğv olunması maşın bazarına necə təsir edəcək?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Milli Məclisə təqdim olunan gələn ilin büdcə zərfində 2026-cı il yanvarın 1-dən etibarən Azərbaycanda hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq edilən vergi güzəştlərinin ləğv olunacağı bildirilib.

Gələn ildən yalnız tam elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Bundan başqa, istehsal buraxılış tarixindən 7 ildən çox vaxt keçmiş nəqliyyat vasitələrinin idxalı zamanı hesablanan aksiz vergisi əmsalları da optimallaşdırılacaq.

Mövzu ilə bağlı Oxu.Az-a Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, elektrik mühərrikli avtomobillərə vergi güzəştləri 2030-cu ilə qədər davam edəcək:

"İndiki dönəmdə hibrid avtomobillərdə güzəştlərin ləğv olunması gözlənilən idi. Hətta bir neçə ay öncə bildirmişdim ki, güzəşt müddəti 2026-cı il yanvarın 1-dən elektrik mühərrikli avtomobillərdə davam edəcək, lakin hibrid avtomobillər sual altındadır. Həmin sual dönəmi öz cavabını tapdı ki, artıq elektrik mühərrikli avtomobillərdə güzəşt davam edəcək. Bunlarda davam etməli idi. Ölkə başçısının 2021-ci ildə imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər Sərəncamının" beşinci bəndi "Təmir ətraf mühit və "Yaşıl artım" ölkəsi" adlanırdı. Təmir ətraf mühit və "Yaşıl artım" ölkəsinə sahib olmaq üçün birinci nəqliyyat sektoruna da önəm vermək lazım idi. Bunun üçün nəqliyyat sektoruna önəm vermək lazım idi. Həmin dönəmdə avtomobil parkımızın 86 faizi yaşı 10 ildən artıq olan avtomobillər idi. Bu avtomobillərin ekologiyaya nə qədər ziyan vurduğu göz qabağındadır.

Sərəncamdan sonra ekoloji nəqliyyat vasitələrinə güzəştlər tətbiq olundu. Güzəştdən sonra biz keçid dövrü yaşamalı idik: Hibrid - "plug-in" hibrid - elektrik. Elektrik mühərrikli avtomobillərdə güzəştlərin 2030-cu ilə qədər davam edəcəyini düşünürəm. Elektrik mühərrikli avtomobillərdə istənilən infrastruktur qurulub. İstər dövlət qurumu "Azərişıq", istər 12-yə yaxın özəl müəssisənin Bakıda və bölgələrdə, hətta işğaldan azad edilən ərazilərdə belə bu gün şarj məntəqələri yetəri qədərdir. Bundan sonra da həm dövlət, həm də özəl sektor işlərini davam etdirəcək. Məntəqələrin sayının artımını da müşahidə edəcəyik".

Oxu.Az-ın sualına cavab olaraq iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, bundan sonra hibrid avtomobillərdə qiymət artımı müşahidə ediləcək:

"Avtomobil bazarında qərardan irəli gələn təsirlər olacaq. Bu təsir birmənalı olaraq hibrid avtomobillərin qiymət artımına səbəb olacaq. Əvvəlcə yeni idxal olunan hibrid avtomobillərdə, daha sonra köhnə hibrid avtomobillərdə qiymət artımı baş verəcək. Köhnə dedikdə hazırda ölkədə istifadə olunan hibrid avtomobillərin təkrar bazarda satışı nəzərdə tutulur. Bu artımlar qeyri-hibrid, qeyri-elektrikli avtomobillərin qiymətlərində də özünü göstərəcək. Çünki hibrid avtomobillərdə baş verəcək qiymət artımı qeyri-hibrid avtomobillərə tələbatı artıracaq. Eyni zamanda, bunun təsiri ölkədə avtomobil parkının yenilənməsinə müsbət töhfəsini verəcək. Elektrik mühərrikli avtomobillərin sayı arta bilər".

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Oxu.Az-a bildirib ki, vergi güzəştlərinin ləğv olunması ikinci əl avtomobil bazarında canlanma yaradacaq:

"Bu güzəştlər ləğv edilərsə, belə avtomobillərin qiyməti 20 faizə qədər arta bilər. İdxal olunan yeni hibrid avtomobillərin qiyməti yüksələndə ölkədə daxili bazarda satışa çıxarılan hibrid avtomobillərin qiyməti artacaq. Bunun zəncirvari effekti olacaq. Həm benzin, həm də dizel mühərrikli avtomobillərin qiyməti də arta bilər. Habelə insanların köhnə avtomobillərə marağı artacaq, ikinci əl avtomobil bazarında canlanma müşahidə ediləcək".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri