Icma.az
close
up
RU
Hicran Hüseynova: “Qadına bərabər münasibətin təməlini islam dini qoyub”

Hicran Hüseynova: “Qadına bərabər münasibətin təməlini islam dini qoyub”

Icma.az bildirir, Bizim media portalına istinadən.

“Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan, eyni zamanda tolerant, dünyaya açıq bir ölkədir”.
Bizim.Media xəbər verir ki, bu sözləri bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində “Qadınların sosial və mənvəi inkişafında dini icmaların rolu” mövzusunda keçirilən panel çıxışı zamanı deyib.
“Ölkə başçısının və Respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər, xüsusi ilə “Bakı prosesi” formatı Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə çevirib.
Onu da qeyd edim ki, Milli Məclisdə müvafiq məsələlərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul şəxslərini, dini icmaların nümayəndələrini dəvət edirik. Eləcə də, erkən nikah, qızların təhsildən yayınması, ailə dəyərlərinin təbliği, məişət zorakılığı, qadınlara qarşı ayrı-seçkilik və digər mövzularda keçirilən ictimai dinləmələrdə də onların rəy və təkliflərini diqqətdə saxlayırıq.
 

Biz dünyəvi dövlətik. Eyni zamanda, çoxmilyonlu müsəlman dünyasına aidik. Bu, qadın hüquqlarının müdafiəsində, hüquq bərabərliyinin təmin edilməsində, ailədaxili münasibətlərin, o cümlədən, əxlaqi, mənəvi dəyərlərin formalaşmasında, uşaqlarda dərin tərbiyəvi xarakterin yaranmasında özünü göstərir. Tək bir nümunə ilə İslam dinin və Müqəddəs Quranın qadına verdiyi dəyəri anlamaq mümkündür.


Ali Dini Kitabda buyurulur: “Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar üzərində hüquqları vardır”. İslam dini bəşər tarixində ilk dəfə qadına bərabər münasibətin təməlini qoymuşdur. Və bu, BMT-nin «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» beynəlxalq Konvensiyasına uyğun gəlir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququ ilə səsləşir”.
Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri