Hicran Hüseynova: Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi birgə məsuliyyətdir
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Uşaqların rəqəmsal mühitdə qorunması üçün dövlət, ailə və cəmiyyət birgə fəaliyyət göstərməlidir".
Teleqraf xəbər verir ki, bunu deputat Hicran Hüseynova Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının təşkil etdiyi “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən müzakirələrdə deyib.
Deputat bildirib ki, süni intellekt və internet texnologiyalarının inkişafı uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, kibertəzyiq, onlayn zorakılıq və dezinformasiya kimi təhlükələri də artırır:
“Azərbaycan uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması istiqamətində hüquqi bazanı gücləndirib və Prezident İlham Əliyevin bu sahədə imzaladığı sərəncam mühüm əhəmiyyət daşıyır”.
Hicran Hüseynova vurğulayıb ki, uşaqların təhlükəsiz rəqəmsal mühitdə böyüməsi üçün valideynlərin maarifləndirilməsi və dövlət, ailə, məktəb və cəmiyyətin birgə əməkdaşlığı vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 09 İyul 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















