Icma.az
close
up
RU
Hidayət Heydərov: Bütün titulları qazansam da, onları ikiqat artırmaq istəyirəm

Hidayət Heydərov: Bütün titulları qazansam da, onları ikiqat artırmaq istəyirəm

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 iyun, AZƏRTAC

Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Azərbaycanın Olimpiya və dünya çempionu Hidayət Heydərovla bağlı yazı dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə idmançının Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatında yenidən tatamiyə çıxacağı, karyerası ərzində bütün titullara yiyələnməsinə baxmayaraq, hələ də motivasiyalı olduğu bildirilib.

Qeyd edilib ki, 73 kiloqram çəki dərəcəsində Parisdə Olimpiya çempionu olan Heydərov üçün 2024-cü il əlamətdar olub: “O, həmçinin dünya və Avropa çempionatlarında da qızıl medal qazanaraq cüdo tarixində unikal nəticəyə imza atıb. Bu uğurlardan sonra ona bir qədər fasilə lazım gəlib”.

“İki Olimpiya çempionumuzun həm rəsmi tədbirlərdə iştirak, həm də federasiya ilə bağlı bir çox öhdəlikləri var idi. Özlərinə vaxt ayırmaq üçün istirahətə ehtiyac duydular. Fevraldan etibarən yenidən hazırlıqlara başladıq. Hazırda 100 faiz formamızda olmasaq da, bu narahatedici deyil. Ən vacibi, yüksək əyarlı medallar uğrunda mübarizə zamanı tam hazır olmaqdır. Bu il dünya çempionatında uğurlu çıxış gözləyirəm. Amma federasiya olaraq bizim növbəti əsas hədəfimiz gələn il Bakıda keçiriləcək dünya çempionatıdır” , - Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautman hələ Podqoritsada keçirilən Avropa çempionatı zamanı bunları söyləmişdi.

Bunun Heydərov üçün də xüsusi motivasiya mənbəyi olduğu vurğulanıb: “O, bu ilin aprelində Avropa çempionatında tatamiyə qayıtmaq istəyirdi. Lakin xəstələndiyi və tam sağalmadığı üçün yarışda iştirak edə bilməyib. Bununla belə, Podqoritsaya gedərək “İlin kişi cüdoçusu” mükafatını qəbul edib və komanda yoldaşlarına dəstək olub”.

“Sadəcə çəki itirmişdim və 10 ay sonra geri döndüm. Yenidən məşqlərə başlamaq və əvvəlki formaya qayıtmaq asan deyil, amma qarşıdakı yarışlarda qalib gəlmək istəyirəm. Bütün titulları qazansam da, onları ikiqat artırmaq niyyətindəyəm” , - 27 yaşlı cüdoçu deyib.

Olimpiya çempionu olmaq və ölkədə cüdonun simasına çevrilmək Heydərovun həyatında çox şeyi dəyişib: “Çox şey dəyişdi, amma ən önəmlisi budur ki, artıq tanınmış bir şəxsə çevrilmişəm. Bu məqamı sevirəm, çünki yeni nəslə nümunə olduğumu hiss edirəm”. Azərbaycanda küçədə gəzərkən və ya restoranda olarkən insanlar ona yaxınlaşır, avtoqraf istəyir və onunla şəkil çəkdirirlər. Heydərov isə bu diqqətdən narahat olmadığını bildirir.

Hidayət artıq diqqətini yenidən tam şəkildə cüdoya yönəldib. “Cüdo mənim üçün sadəcə bir idman növü deyil. Bu, mənim həyat yolumdur. Bu yolda isə geriyə baxmaq yoxdur – yalnız irəli,” - təsadüfi deyil ki, bir müddət öncə Heydərov şəxsi instaqram hesabında bunları yazmışdı.

Gündəlik məşq rejiminə qayıtmaq asan olmasa da, cüdoya olan sevgisi daha üstün gəlib: “Cüdo daha şəffaf və dürüstdür. Mən bu idmanı sevirəm, çünki burada hər kəs bir ailə kimidir. Hamı bir-birinə və müxtəlif mədəniyyətlərə hörmətlə yanaşır”.

Sonda bildirilib ki, Hidayət Heydərov dünya və Olimpiya çempionu statusu ilə Budapeştdə keçiriləcək dünya çempionatında yenidən tatamiyə çıxmaq üçün ciddi şəkildə hazırlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri