Icma.az
close
up
RU
Hidayət Heydərov: “Motivasiyam hələ də yüksəkdir”

Hidayət Heydərov: “Motivasiyam hələ də yüksəkdir”

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Avropa Cüdo İttifaqı (EJU) Budapeştdə keçiriləcək dünya çempionatı ərəfəsində Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) haqqında məqalə dərc edib.

İdman.biz xəbər verir ki, azərbaycanlı cüdoçu motivasiyasının hələ də yüksək olduğunu bildirib.

Heydərov yenidən dünya çempionatında çıxış edəcək: "O, uğurlu bir il keçirir. 2024-cü ildə həm Paris Olimpiadasında qızıl medal qazandı, həm də dünya və Avropa çempionu oldu. Bu uğurlardan sonra ona bir qədər fasilə lazım idi.”

Azərbaycan komandasının baş məşqçisi Rixard Trautman isə Podqoritsada keçirilən Avropa çempionatında belə demişdi: “İki Olimpiya çempionumuzun həm uğurlarını qeyd etmək, həm federasiya qarşısında öhdəliklərini yerinə yetirmək, həm də özlərinə vaxt ayırmaq imkanları oldu. Fevraldan yenidən başladıq və açığı, hələ 100 faiz hazır deyilik, amma bu, problem deyil. Əsas odur ki, böyük medallar uğrunda mübarizə zamanı tam hazır olaq. Bu il dünya çempionatından yaxşı nəticə gözləyirəm, amma federasiya olaraq əsas hədəfimiz 2026-cı ildə Bakıda keçiriləcək dünya çempionatıdır”.

Heydərov Avropa çempionatından qayıtmaq istəyirdi, lakin xəstələndiyi və tam sağalmadığı üçün apreldəki yarışda iştirak edə bilmədi. Buna baxmayaraq, Podqoritsaya gələrək EJU-nun "2024-cü ilin ən yaxşı cüdoçusu” mükafatını aldı və komanda yoldaşlarını dəstəkləmək üçün orada qaldı: “Çəkimi saldım və 10 ay sonra geri döndüm. Yenidən məşqlərə başlamaq çətin oldu, amma qarşıdakı çempionatlarda qalib gəlmək istəyirəm. Motivasiyam hələ də yüksəkdir. Bütün bu titulları artıq əldə etmişəm, amma statistikanı ikiqat artırmaq istəyirəm”.

Olimpiya çempionu olaraq Azərbaycanda cüdonun simasına çevrilən Heydərovun həyatı ciddi şəkildə dəyişib: “Çox şey dəyişib, amma ən vacibi – məşhur olmuşam, bir növ şan-şöhrət qazanmışam. Bu xoşdur, çünki yeni nəsil üçün yaxşı nümunə oluram".

İndi küçədə və ya restoranda olarkən insanlar avtoqraf və ya şəkil çəkdirmək üçün ona yaxınlaşırlar. Heydərov bu diqqətdən narahat olmur.

Olimpiya çempionu yenidən tam olaraq cüdoya köklənib. Bununla bağlı o, "Instagram" hesabında belə yazıb: “Mənim üçün cüdo sadəcə idman deyil. O, həyat yolumdur və bu yolda geriyə baxış yoxdur – yalnız irəli".

Gündəlik məşqlərə qayıtmaq çətin olsa da, cüdoya olan sevgisi idmansız həyatın cazibəsindən üstün gəlib: “Digər idman növləri ilə müqayisədə cüdo ən parlaqıdır. Mən onu sevirəm, çünki biz bir ailə kimiyik. Hamımız bir-birimizə və hər birimizin mədəniyyətinə hörmət edirik".

O, hazırkı Olimpiya və dünya çempionu kimi Budapeştdə keçiriləcək dünya çempionatında 73 kq çəki dərəcəsində tatamiyə çıxacağı ana hazır olmaq üçün əzmlə çalışıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 İyun 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri