Icma.az
close
up
RU
Hidayət Heydərovun müəllimi onun çəkisini sala bilməməsinin səbəbini açıqladı

Hidayət Heydərovun müəllimi onun çəkisini sala bilməməsinin səbəbini açıqladı

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Daşkənd Böyük Dəbilqəsindən qabaq məndən soruşmuşdular ki, Hidayət Heydərovla bağlı proqnozların nədir? Mən də dedim ki, tələbələrimin hər üçünün medal qazanmaq şansı var. Qızıl medal deməmişdim. Ancaq Murad Fətiyev və Kənan Nəsibov çempion oldu. Sadəcə, Hidayət çəkisini sala bilməyib deyə güləşmədi”.

Bunu Əməkdar məşqçi, Prezidentin fərdi təqaüdçüsü, Hidayət Heydərovun ilk müəllim-məşqçisi Tərlan Həsənov deyib.

83 yaşlı məşqçi tələbəsi Hidayət Heydərovun 27 fevral - 1 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Böyük Dəbilqə yarışında çıxış edə bilməməsi haqda danışıb. Onun sözlərinə görə, olimpiya, dünya və Avropa çempionumuzun çəkisini aşağı sala bilməməsi İspaniyanın paytaxtı Madriddə keçirilmiş master klasda iştirak etməsi olub.

“Yarışdan əvvəl master klass keçmək üçün İspaniyaya getmişdi. Orada 1 həftə qalıb və Bakıya gələn günün ertəsi səhər Daşkəndə uçdu. Ona görə də çəkisini sala bilməyib. Onu gərək yığma komandanın məşqçiləri master klassa buraxmayardılar. İspaniyaya getdiyini mən bilmirdim. Ona zəng etdim, dedim ki, haradasan? Dedi ki, İspaniyada. Dedim bu sənə lazımdır? Dedi ki, IJF (Beynəlxalq Cüdo Federasiyası - red.) çağırıb, getməmək olmur. Dedim ki, qarşıda sənin yarışın var axı. Dedi ki, çəkimi salacağam, burada məşq edəcəyəm. Nəzarətsiz qalıb, çəkisi 700 qram artıq olub. Çatdırmayıb və yarışa çıxmayıb”, - deyə o, prosport.az-a açıqlamasında bildirib.

“Kanokan TT” Peşəkar Cüdo İdman Klubunun rəhbəri olan Tərlan Həsənov isə tələbəsinə verilən cəza ilə razılaşmadığını bildirib: “Ona cəza veriləndən sonra özü ilə danışa bilməmişəm. Çünki yarışdan sonra milli komanda Daşkənddə təlim-məşq toplanışında idi. Fikrimcə, Hidayətə çəki sala bilmədiyi üçün cəza verilməyə bilərdi. Bu, Avropa və ya dünya çempionatı deyil. Belə şeylər olur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Mart 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri