Hikmət Hacıyev İran səfiri ilə görüşdü Foto
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevlə İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə iranlı diplomat sosial şəbəkə hesabında məlumat paylaşıb.
Səfir keçirilən görüşün detallarını bölüşərək regional məsələlərin diqqət mərkəzində olduğunu vurğulayıb:
“Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə keçirilən görüşdə regional proseslər müzakirə olunub, həmçinin ikitərəfli münasibətlərdə gündəmdə olan bəzi məsələlərin irəlilədilməsi ilə bağlı razılıq əldə edilib”.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 02 İyun 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















