Hikmət Hacıyev Qriqoryanla müzakirə aparacaq
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Yunanıstanda keçiriləcək iqtisadi forum çərçivəsində panel müzakirəsində iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat verib.
Panel müzakirəsi aprelin 22-də Yunanıstanın Delfi şəhərində keçiriləcək Delfi İqtisadi Forumunda baş tutacaq.
Forumda Hikmət Hacıyev və Armen Qriqoryanla yanaşı, Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tanos Dokos və Moldova Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Stanislav Sekryeru birlikdə "Strateji ayırıcı xətlər: Avropanın Şərq qonşuluğunda münaqişələrin həlli və dayanıqlığın gücləndirilməsi" panel müzakirəsində iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 21 Aprel 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















