Hikmət Hacıyevdən Avropa Komissiyasının rus qazı qarayaxmasına CAVAB: Təəssüf edirəm ki, məqalədə svop və idxal arasında fərq qoyulmur
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa Komissiyasının nümayəndəsi Tim Makfi Azərbaycanın Rusiya qazını Aİ ölkələrinə ixrac etməsi ilə bağlı xəbərləri təkzib edib. Bu barədə daha əvvəl Politico-nun Avropa nəşri yazmışdı.
Makfi qeyd edib ki, Azərbaycan qazının Aİ-yə ötürüldüyü Cənub Qaz Dəhlizi yalnız Azərbaycanın qaz yataqları ilə bağlıdır.
Öz növbəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Makfinin dediklərini təsdiqləyib və əlavə edib ki, Azərbaycan bu il Rusiya Federasiyasından qaz idxal etməyib.
Hacıyevin sözlərinə görə, nəşr idxal olmayan svop əməliyyatından yazıb. “Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr olur və bu normaldır. Təəssüf edirəm ki, məqalədə svop və idxal arasında fərq qoyulmur”, deyə Hacıyev X sosial şəbəkəsində yazıb.
Ülviyyə, Hurriyyet.az
Baxış sayı:126
Bu xəbər 27 Noyabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















