Icma.az
close
up
RU
Hikmət Hacıyevin İran səfəri iki ölkə arasındakı problemlərin həllinə yardım göstərəcək ŞƏRH

Hikmət Hacıyevin İran səfəri iki ölkə arasındakı problemlərin həllinə yardım göstərəcək ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tehran Dialoq Forumunda çıxışı zamanı Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın davam etdirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Avrasiya regionunda formalaşan yeni əməkdaşlıq modellərindən, 3+3 formatının əhəmiyyətindən və regional təşkilatların – o cümlədən İƏT-in rolundan danışıb. Hacıyev qeyd edib ki, Azərbaycan islam həmrəyliyinə önəm verir və İranla bu çərçivədə əməkdaşlıq edir. Prezidentin köməkçisi, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin və digər beynəlxalq infrastruktur layihələrinin əhəmiyyətinə toxunaraq, region ölkələrinin öz təhlükəsizlik arxitekturasını qurmasının vacibliyini bildirib. O, Fələstin məsələsində də Azərbaycanın beynəlxalq hüquqa və iki dövlət prinsipinə əsaslanan mövqeyini bir daha bəyan edib. Ermənistanla münasibətlərə gəlincə, Hacıyev Azərbaycanın regionda yeni reallıq yaratdığını, sülh üçün şəraitin mövcud olduğunu və Ermənistan Konstitusiyasında ərazi iddialarının çıxarılmasının vacibliyini qeyd edib.


Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Sherg.az-a vurğulayıb ki, Azərbaycanla İran arasında müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıqlar mövcuddur:


“Amma Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq onları qane etmir. Bunu da tərəflər rəsmi şəkildə etiraf ediblər. Münasibətlərin və mövcud imkanlardan yüksək səviyyədə istifadə edilməməsinin əsas səbəbkarı İrandır. İran özünə qarşı Azərbaycanda etimad yaratmayıb. Bu etimadın və etibarın yaramaması da müxtəlif iqtisadi layihələrinin reallaşmasına problem yaradıb. Xüsusilə də Ermənistanın müharibə zamanı İran tərəfindən dəstəklənməsi və sonraki dövrdə onlardan Azərbaycana qarşı istifadə olunması münasibətləri korlayıb. Eyni zamanda İran tərəfindən Azərbaycandan keçməsi nəzərdə tutulan tranzit  yollarına alternativin Ermənistandan keçməsi təklifi rəsmi İrəvanın silahlanmasında onların rol oynaması iki ölkə arasında  etimad mühitini əngəlləyib. Hikmət Hacıyevin Tehran Dialoq Forumunda iştirakı iki ölkə arasındakı münasibətlərin normallaşmasına yardım edə bilər. Hesab edirəm ki, Hikmət Hacıyevin İrana səfəri və  rəsmi şəxslərlə keçirdiyi görüşlər iki ölkə arasındakı problemlərin həllinə də yardım göstərər”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 May 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri