Icma.az
close
up
RU
Hikmət Hacıyevin Praqa səfəri və Azərbaycanın hədəfləri

Hikmət Hacıyevin Praqa səfəri və Azərbaycanın hədəfləri

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanın “Yaşıl enerji” dəhlizi layihəsi region dövlətləri və Avropa üçün enerji təchizatında mühüm əhmiyyət daşıyır. 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Çexiyada keçirdiyi görüşlərdə bu məsələnin tərəfdaşlarla müzakirəsi bir daha onu göstərdi ki, bu, olduqca önəmli olmaqla yanaşı, Avropanın da diqqət mərkəzində olan məsələdir. Görülən işlər, Azərbaycanın planlaşdırdığı və həyata keçirəcəyi meqaprojelərlə yanaşı, “yaşıl enerji”dəhlizi və onun xəritəsi də əsasdır. 

Cənab Hacıyev bununla bağlı bildirib ki, əsasən iki marşrut - Qara dəniz marşrutu, Türkiyə-Bolqarıstan xətti istiqamətində işlər aparılır və “yaşıl enerji”inin bu istiqmətlərdən ötürülməsi nəzərdə tutulur. Müasir dünyada ənənəvi enerji təchizatından alternativ bir təchizata keçilməsi yeni çağırışlar dövründə vacib mərhələdir. 

Azərbaycan zəngin təbii ehtiyatları, bərpaolunan və alternativ enerji mənbələri yaratmaq imkanları ilə bu prosesə mühüm töhfə vermək potensialındadır. Bu potensial ölkənin bir regionuna aid deyil. 

Təkcə Bakıda yox, bütün ərazilərimizdə bunun üçün münbit şərait var. Xüsusi ilə işğaldan azad edilmiş bölgələrdəki potensial bu imkanları daha da artırır. Ona görə də Azərbaycanın təklif etdiyi “yaşıl enerji” dəhlizi xəritəsi dünya üçün olduqca əhəmiyyətlidir. 

Enerji mübadiləsi tarixində imzalanan ilk beynəlxalq sənəd olan "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" mühüm əhəmiyyət kəsb edir. 

Bu sazişə görə, Azərbaycan öz təbii ehtiyatları hesabına alternativ, xüsusilə bərpaolunan enerji istehsalına xüsusi önəm verərək, əldə edilən elektrik enerjisi və yaşıl enerjinin ixracatçısına çevrilmək imkanı qazanır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən meqalayihələr, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda yaradılan yaşıl enerji zonasının məqsədlərindən biri də budur. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın özünün və eləcə də dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oyanayacaq bu layihələrlə bağlı görülən işlərin həcmi və hədəfi çox böyükdür. Avropa və digər tərəfdaşları üçün özünü ənənəvi resursların etibarlı təchizatçısı kimi təsdiqləmiş Azərbaycana bu baxımdan etimad yüksəkdir. "Yaşıl enerji" tədarükü müasir dünyada həm təchizat, həm də enerji təminatının şaxələndirilməsi, dayanıqılılığı aspektindən də baxıldıqda əvəzedilməzdir.

Bu baxımdan, onun marşrutu da əlçatan və təhlükəsiz olmalıdır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin söylədiyi hər iki nəqletmə xəritəsi tərəfdaşlar üçün də uyğun və əlverişli marşrutlardır. Qara dənizdən keçən, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən sualtı kabellə ötürülən elektrik enerjisi əvvəlcə Macarıstana, sonra isə Avropanın digər ölkələrinə nəql ediləcək. Türkiyə-Bolqarıstan xətti isə Naxçıvandan keçməklə reallaşacaq. 

Naxçıvandan keçən nəqletmə xətti üçün isə Zəngəzur dəhlizi əsas ötürücü yol olacaq. Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: 

Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə çıxışında Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunmaqla bu dəhlizin kommunikasiyalar və təhlükəsizlik baxımından əhəmiyyətli olmasını bir daha xatırladıb. Açıq və izahlı şəkildə bildirib ki, Ermənistanın “sülh kəsişməsi” böyük hədəflərə cavab verən təşəbbüs deyil. 

Azərbaycanın nəzərdə tutduğu yol xəritəsi isə bütün tərəfdaşlar üçün əhəmiyyətli və böyük layihələrin icrası, o cümlədən region ölkələri üçün yeni imkanlar açan prosesdir: 

“İndi biz gözləyirik ki, Ermənistan ilk vacib addımı atsın. Bu addım Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistanda dəhliz sözünə qarşı müəyyən qıcıqlanma hiss edirlər. Mən həmişə zarafatla deyirəm ki, Azərbaycanın bütün ərazisinin dəhliz olmasını istərdim. 

Yaxşı, buna nə istəyirlərsə desinlər, amma biz ilk növbədə Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq. Naxçıvana əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik”. 

Aparılan müzakirələr, səslənən fikirlər bir daha təsdiqləyir ki, Zəngəzur dəhlizi əhəmiyyətinə görə bir çox ciddi layihələr üçün əsas logistik mərkəzlərdən biridir və bu dəhlizin açılması Avropa üçün də təminat baxımından xüsusi əhəmiyyətə malikdir. Ona görə də Azərbaycanın dünyada çoxşaxəli və dayanıqlı inkişafa hesablanmış təşəbbüslərini dəstəkləmək təkcə bizim yox, həm də onların maraqlarına daxil olmalıdır. 

Azərbaycanın yaratdığı “Yaşıl enerji” dəhlizi Avropa ilə yanaşı, Asiya ölkələri üçün də cəlbedici meqalayihəyə çevrilib. Mərkəzi Asiya dövlətləri bərpa olunan enerjini Azərbaycan üzərindən Avropaya nəql etməkdə maraqlıdır. Bu baxımdan, Azərbaycan yalnız tədarükçü deyil, həm də enerji tranziti ölkəsinə çevrilir. 

Cənubi Qafqazla Mərkəzi Asiya arasında keçid qapısı rolunu oynayan Azərbaycan yalnız nəqliyyat-ticarət daşımaları üçün deyil, həm də enerji nəqli üçün strateji əhəmiyyətli dövlətə çevrilməkdədir. Qeyd edilən amillər Azərbaycan Qərblə-Şərq arasında “Yaşıl enerji hab”ı olmaq potensialını bir daha təsdiq edir. 

Ancaq “Yaşıl enerji”nin dünya bazarlarına daha asan və təhlükəsiz şəraitdə çatdırılması bütün tədarükçü və idxalçı tərəflərin, eləcə də investorların maraqlarında prioritet yer tutur. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması bu meqalayihənin reallaşmasına münbit şərait yaratmaqdan əlavə, geoiqtisadi əhəmiyyətini də artıra bilər.

Təbii ki, “Orta dəhliz”in mühüm komponentinə çevrilən “Yaşıl enerji dəhliz”inin Şərqi və Qərbi Zəngəzurdan keçməsi üçün Ermənistan Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə əməl etməlidir. 

Yəni, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqə yaradılmalıdır. Eyni zamanda, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina edərək sülh müqaviləsi imzalamalıdır. Bu halda Ermənistan özü də “Yaşıl enerji” dəhlizinin tərkib hissəsinə çevrilməklə mühüm iqtisadi dividentlər əldə edə bilər. 

Rəfail Becanov
“Cebheinfo.az”

Açar sözlər: Hikmət Hacıyev Praqa Rəfail Becanov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyun 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see205

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see151

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see148

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see147

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see146

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see143

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see143

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see141

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see141

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see140

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see140

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see140

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see139

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see139

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see138

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see137

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see133

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see132

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri