Icma.az
close
up
RU
Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ

Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cari ilin 1 fevral tarixində İran İslam Respublikasına səfər edib. Hikmət Hacıyev İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb. Daha sonra Hikmət Hacıyev ölkəmizin İrandakı səfirliyinin yeni  binasını ziyarət edib. Prezdentin köməkçisi Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub və səfirliyin yeni inzibati binası ilə tanış olub. 
Bir müddət qapısı bağlı qalan səfirliyimiz indi yeni binada, ölkəmizin nüfuzuna, adına layiq formada öz fəaliyyətini bərpa edib. 
Bundan sonra Hikmət Hacıyevin məntiqi ardıcılıqla sıralanan görüşləri region və dünya dövlətləri üçün ləyaqətli, cəsarətli diplomatiyanın Azərbaycan modelidir. 
İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüş xüsusi əhəmiyyət kəsb edir. Bu görüşdə ölkəmizin və xalqımızın ünvanına deyilən xoş sözlər, əslində, İranın yeni reallıqlarla barışdığını göstərir. 
İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüş gözlənilən kimi keçdi. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd edilib. 
İran uzun müddətdir sanksiyalara davam gətirir, lakin iqtisadiyyat yorulur, dövlət inkişafdan geri qalır. Belə bir situasiyada İranın yeganə çıxış yolu Azərbaycandır. Artıq rəsmi Tehran başa düşür ki, Azərbaycanı tərəfdaş kimi itirmək onların çöküşü ilə nəticələnəcək. Bundan sonrakı görüşlər isə yuxarıya doğru olmalı idi və oldu da. 
Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və xarici işlər naziri cənab Abbas Araqçı ilə strateji müzakirələr aparıldı. Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı aparılan fikir mübadiləsi münasibətlərin yeni müstəviyə daşındığından xəbər verir. 
Və budur... Məntiqi sonluğun əyani nümunəsi: İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib. Görüşdə H.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb. İran Prezidenti salamlara, dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. 
Bu diplomatiyanın İlham Əliyev modelidir, bu diplomatiyanın Azərbaycan modelidir. Zamanında üzərimizə gələn, düşməni gizli (red. daha sonra açıq-aydın) dəstəkləyən bir islam ölkəsi reallıq hissini itirmək üzərə idi. Azərbaycan konflikt, münaqişə yolunu seçmədi, reallığı ortaya qoydu. Bəli, Prezident İIham Əliyevin ortaya qoymuş olduğu siyasi, iqtisadi və mədəni reallıqlar regionun bütün dövlətləri və xalqları üçün yeganə və unikal çıxış yoludur. Qəliz heç nə yoxdur, sadəcə rəsmi Tehran doğru yola çıxaraq yeni regional reallıqları qəbul etməyi bacardı. 
Səbuhi Abbasov 
7NEWS.az baş redaktor
QHT sədri
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri