Icma.az
close
up
RU
Hikmət Hacıyevin ABŞ səfəri: Münasibətlərin yeni mərhələsi

Hikmət Hacıyevin ABŞ səfəri: Münasibətlərin yeni mərhələsi

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan-ABŞ münasibətlərində inkişaf yaxın perspektivdə yeni mərhələyə daxil olacaq. 

Belə ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfərindən sonra ikitərəfli münasibətlərdə yaranmış ciddi dönüş prosesi daha yüksək səviyyəyə qaldırır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-yə səfəri və apardığı danışıqlar strateji əhəmiyyətinə görə hər iki ölkə üçün vacib nəticələr doğura bilər. 

Hikmət Hacıyevlə ABŞ rəsmiləri arasında aparılan müzakirələr avqustun 8-də imzalanmış sənədlərdə əksini tapmış razılaşmaların həyata keçirilməsi və bu istiqamətdə mövcud olan maneələrin aradan qaldırılması məqsədi daşıyır. Söhbət ilk növbədə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra bu yöndə mövcud vəziyyətdən gedir. 

Tramp adminstrasiyası Azərbaycanla Emənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişdə olduğu kimi yekun sülh müqaviləsinin imzalanmasına ev sahibliyi etmək istəyindədir. Ona görə də ABŞ rəhbərliyi sülh prosesinin yekunlaşması ilə bağlı görülən işlərlə yaxından maraqlanır. Təbii ki, Azərbaycan tərəfi sülh müqaviləsinin mümkün qədər qısa müddətdə imzalanmasında maraqlıdır. 

Bu prosesə mane olan əsas səbəb Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad edilməsidir. Yəni sülh prosesini əngəlləyən tərəf Ermənistandır. Ona görə də Ermənistan konstitusiyasına dəyişikliklərin edilməsi sülhün imzlanmasına yol aça bilər. ABŞ siyasi dairələrində aparılan danışıqlar zamanı bu məsələni qarşı tərəfin diqqətinə çatdırıldığı şübhəsizdir. 

Rəsmi Vaşinqton sülhün imzalanmasında maraqlı olduğundan, Nikol Paşinyan hakimiyyəti qarşısında referendumun keçirilməsini vacib şərt kimi irəli sürə bilər. Prezidentinin köməkçisinin ABŞ-də keçirdiyi görüşlərdə əsas prioritet mövzulardan biri Zəngəzur dəhlizinin açılması ilə bağlı olub. Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini Ermənistan vasitəsilə təmin edəcək “Tramp marşrutu”nun açılması üçün ABŞ nümayəndə heyəti artıq Bakıda və İrəvanda səfərdə olublar. 

Hazırda bu istiqamətdə işlərə başlanılması üçün iqtisadi, texniki, təhlükəsizlik, hüquqi sahələr üzrə qiymətləndirmə prosesi aparılır. “Orta dəhliz”in bir hissəsi olan “Tramp marşrutu”nun açılması Azərbaycanı bölgənin nəqliyyat-tranzit habına çevirəcək. Regionda yeni status-kvonun yaranması Azərbaycanın Cənubi Qafqazda liderlik rolunu təmin edəcək hadisədir. 

Bu kontekstdə Hikmət Hacıyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ-də apardığı danışıqlar da mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan-ABŞ münasibətlərində ən aktual məsələlərdən biri “Azadlığı müdafiə aktı”na “907-ci düzəliş”in ləğvi ilə bağlıdır. 1992-ci ildə ədalətsiz şəkildə Azərbaycana tətbiq edilən bu qadağanın tətbiqinin birdəfəlik dayandırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 8-də Ağ Evə səfəri mühüm rol oynayıb. 

Lakin “907-ci düzəliş” ABŞ Konqresi tərəfindən qəbul olunduğundan, onun tamamilə ləğvi barədə qərarı qanunverici orqan çıxara bilər. Təbii ki, Konqresdə keçirilən, o cümlədən ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Deyns ilə olan görüşlər bu istiqamətdə sözügedən sanksiyaya hüquqi cəhətdən xitam verilməsinə səbəb olacaq. Çünki “907-ci düzəliş”in qüvvədə qalması yalnız Azərbaycanın deyil, ABŞ-nin də maraqlarına ziddir. 

Belə ki, avqustun 8-də Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Haqqında Xartiya imzalanıb. Lakin “907-ci düzəliş” Azərbaycana qarşı birbaşa maliyyə yardımlarının göstərilməsini, eləcə də iki ölkə arasında müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlığı əngəlləyir. Ona görə də ABŞ Konqresi “907-ci düzəliş”in ləğvinə qərar verməlidir. Konqresin hər iki palatasında Respublikaçılar Partiyasının üstünlük təşkil etdiyini nəzərə alsaq, həmin qadağanın aradan qaldırılması daha asanlıqla mümkün ola bilər. Bu baxımdan, ABŞ Nümayəndələr Palatasında və Senatda aparılan müzakirələr hər iki ölkənin strateji maraqlarının təmin edilməsində vacib siyasi hadisə kimi qiymətləndirilə bilər.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Hikmət Hacıyev ABŞ səfər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri