Icma.az
close
up
RU
Hikmət Sabiroğlu bir yandan, Zaur Əhməd bir yandan...

Hikmət Sabiroğlu bir yandan, Zaur Əhməd bir yandan...

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Taleh ŞAHSUVARLI
Bizim Zaurdur, pozitiv mənada deyirəm, gözlərimizin önündə böyüyən ADAM!

Diqqət edin, uşaq demirəm, ADAM deyirəm, niyə deyirəm, onu da deyim.
Çünki...
Ən gənc çağlarından tanıyıram...
Hələ BDU-nun Jurnalistika fakültəsində oxuduğu zamanlardan.
İstedadına, qələminə, vicdanına çoxdan bələdəm...
Heç zaman UŞAQ olmadı.
Bir gün başılovlu gəldi, dedi ki:
- Bu ölkədə ən çox plagiata məruz qalan imza sənsən, bilirsənmi?
"Yox" - dedim, nə məsələdir?
BDU-dan buraxılış işində araşdırıb, sən demə, "Azərbaycanın və Heydər Əliyevin haqqı" adlı məqaləm onlarla qəzetdə dərc olunub, hamısında fərqli imzalarla...
Di gəl, o yazı birnəfəsə yazılmışdı, "Reytinq" qəzetində, Afiq Mirzəbəylinin gözü qarşısında...
Ulu Öndər Heydər Əliyevin sağlığında...
Qayıdıram Zaura...
Onun haqqında bircə kəlimə deyəcəm:

KİŞİ ADAMDIR!
Xarakteri ilə də, İstedadı ilə də, İmzası ilə də...
Şəhid oğludur.
... Artıq hamımız Atayıq.
Yaşayanımız da, Qarabağdan salamat çıxıb ölənimiz də.
Uca Yaradan hər kəsə Zaur kimi övlad qismət eləsin, - vicdanlı adamın deyəcəyi budur.
Gəlin, bir-birimizi düz başa düşək: biz nə qədər nüfuzlu kişilərin oddan törətdiyi külləri görmüşük...
Bir də Zaur kimi dəyanətli adamları görəndə "ot kökü üstündə bitər",- deyiminin müdrikliyinə inanmışıq.
Zaur artıq KÖKdür, OCAQdır, özü bir YURDdur mənim aləmimdə.
Şəkilləri qabağıma çıxdı.

Şəhid atasının simvolik məzarını ziyarət edərək yazmışdı:

"Ata, qonaqların gəlib. Dostlarımı gətirmişəm kəndinə…"

Sonra Laçından paylaşdığı şəklini gördüm.
Biri onun ata yurdudur, o biri mənim dədə yurdum.
Bizi o yurdlarda məzarlar birləşdirir: hiss də birləşdirir, ağıl da.
Amma ən başlıcası haqqaniyyət birləşdir.
Hikmət Sabiroğlu bir yandan, Zaur Əhməd bir yandan, neçə gündür damarlarıma toxunurlar.
Hikmət yazır: "Adam adam belə pislik eləməz" - qəfəsdəki erməniləri deyir.
Hikməti anlamaq çətin deyil, əxlaqı başqa söz deməyə, başqa cümlə qurmağa imkan vermir.
Amma bir də Zauru düşünək, o, təkcə evsiz, yurdsuz qalmayıb, atasız qalıb.
Bir də məni təsəvvür edin: atam yanımda, Bərdədə ata yurdumuz durur, amma əslən Laçınlıyam axı, dədəmin-babamın goru düşmən tapdağında...
Allah bütün bu dərdlərin içində bizə bir ümid, bir şans, bir iradə göndərdi.
Hamımızın ümidini, şansını, iradəsini birləşdirən o adam - İlham Əliyev Qarabağı azad etdi.
Allah kimə nə qədər ömür verər, bilmirəm.
Şuşaya hər gedəndə elə bilirəm Hikmət Sabiroğlunun dədə yurdunu ziyarət edirəm, hərçənd orada qohum-əqrəbam az qala elə Hikmətin qohum-əqrəbasından çoxdur. Bir az özüm, bir az həyat yoldaşım tərəfdən.
Cəbrayılda o qədər simsarımız yoxdur, hərçənd az da deyillər.
Amma Seymur var, Zaur var, Naibə var, - hər biri illərlə görüşməsək də güvənc yerimdir.
Sözümü gətirirəm lap canına.
Zaur Həkərinin qırağından şəkil paylaşıb.
Əminəm ki, Laçında olarkən məni də xatırlayıb.
İşğaldan azad olmaq, bax, budur.
Zaur Laçına gedib məni xatırlayır, mən Cəbrayıldan keçəndə onu...
Allah bütün Şəhidlərimizə rəhmət etsin, Qazilərimizə can sağlığı versin.
Qazilərimiz təkcə döyüşlərdə xəsarət alanlar deyil, bütün millətimizdir.
Bəli, biz QAZİ MİLLƏTİK!
Yaralarımızla da, şücaətimizlə də!
Qayıdıram Zaura...
Qardaş Türkiyənin İstiqlal Marşında nə deyir?
"Bastığın yerleri “toprak” diyerek geçme, tanı,
Düşün altındaki binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme, dünyaları alsan da bu cennet vatanı."

Vallah da, billah da bu Vətən cənnətdir.
Amma yarıya bölünmüş cənnət...
Belə Vətən də olmaz, belə Sərhəd də olmaz!
Həkəri yoluyla Laçına gedənlər nə demək istədiyimi bildi.
Ovuc boyda yolda iki yad bayraq dalğalanır, ikisi də qarandaşla çizilmiş.
Bizim dərdimiz daha böyük, gözümün işığı Hikmət, qardaşım Zaur.
Daha böyük, çox böyük!
Biz qarabağlılar həmişə demişik: erməni kimdir?
Bu sualı yenidən düşünməliyik: ERMƏNİ AXI KİMDİR?
İşğal faktını boş verək, öz "arxa cəbhələri"nə güvənərək Qarabağı almamışdılar.
Hə, arxadaşlar, indi, Ərdoğan demiş, "turpun yekəsi" heybədə.
Kimə güvənirik, nəyə güvənirik?
Düzünü deyim, mən dinc, problemsiz, komfortda yaşamaq istəyirəm artıq, bizimki bura qədər: əlimizdən gələni etdik!
Bərdədə, Şuşada, Laçında nəvələrimlə oynamaq istəyirəm, - bizim yaşımız bunu tələb edir.
Amma bir də zaman var, tarix var, şans var...
Odur ki, mən deyirəm:
- "Aran" və "Dağ" Qarabağ olmadığı kimi, Şərqi və Qərbi Zəngəzur da yoxdur!
- "Şimali" və "Cənubi" Azərbaycan da yoxdur.
"Azərbaycan" ya var, ya da yoxdur!
Mən irqçi deyiləm, nə ümmətçiyəm, nə də regionçu.
"Azərbaycan var olsun",- deyirəm, kar və kor olanlara da xatırladıram:
DAHA HEÇ BİR MƏSƏLƏDƏ 30 İL GÖZLƏMƏYƏCƏYİK!!!
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 May 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri