Icma.az
close
up
RU
Qəhrəman yüzbaşı və Hikmət Sabiroğlu

Qəhrəman yüzbaşı və Hikmət Sabiroğlu

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəhrəman yüzbaşı: A balam, ermәni, bir de görüm bizdәn nә istәyirsiniz? Sәnnәn söz soruşuram ey, niyә dinmirsәn? Kar deyilsәn ki! Bir de görüm, bizdәn niyә әl götürmürsünüz?

Erməni Baxşı: (qorxa-qorxa). Ay ağa, Allah haqqı, mәn heç nә elәmәmişәm.

Qəhrəman yüzbaşı (acıqlı vә ucadan). Hә, elәmәmisәn! Vallahı, dünyada nә qәdәr canım sağdı, hansı biriniz әlimә keçsәniz, tikә-tikә doğrayacağam! Sizin gәrәk toxumunuzu yer üzündәn kәsәm!

Baxşı. Ay ağa, axı mәn nә elәmişәm?

Qəhrəman yüzbaşı birdәn durur ayağa, qәmәsini qınından çıxardır vә acıqlı, ucadan Baxşıya deyir:

- Adә, ermәni, tez kәmәnçәni yığışdır, itil get burdan! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qәmәynәn bu saat sәni dә öldürәrәm, özümü dә öldürәrәm! (Çığırır). Çıx get!

Cəlil Məmmədquluzadənin “Kamança” pyesindəndir bu qeydlər. Faciə janrında olan əsərin mövzusunu Mirzə Cəlil 1918-1920-ci illərdə Qarabağda baş vermiş erməni-müsəlman qırğınından götürmüşdü. Əsər 1920-ci ildə, Şuşada yazmışdı...

O zaman gəlmə hay-erməni tayfası müsəlmanlara, türklərə qarşı artıq neçənci qırğınlar törətmişdilər. Hansını deyək, hansını yazaq? Kürəkçay müqaviləsindən sonra Qarabağa, İrəvan Xanlığının ərazisinə köçürülənlərin bu yerlərin əhalisinə divan tutmasınımı? Osmanlı imperiyasının tərkibində qudurub, türklərə xəyanət etmələrini, sonra da “ay aman, qoymayın, bizi soyqırım edirlər”, deyib, cahan boyunca saxtakarlıq etmələrinimi, 1905-ci ildə, daha sonra 18-20-ci ildə azərbaycanlıları uşaq, qadın, qoca bilmədən süngüyə keçirmələrinimi?

Elə bu günlərdə Qubadan Göyçaya, Lənkərana, Mingəçevirədək, Bakı daxil, erməni daşnakları türkləri məhv edib, tarixi irsimizi yer üzündən silirdilər, Nuru Paşanın rəhbərliyi ilə qəhrəman ordu köməyimizə gəldi.

Bütün bunlara baxmayaraq, İrəvanı, digər əraziləri güzəştə getdi Cümhuriyyət qurucularımız, məcburiyyətdən, həm də ermənilərin bir daha Azərbaycana qarşı iddialarının olmayacağı vədinin qarşılığında. Amma bitmədi...Qopara-qopara üstümüzə gəldilər. Qərbi Zəngəzuru Nevədiyədək qopardılar. 80 il öncə “sovet ailəsi”nin faşizm üzərində qələbəsindən cəmi 3 il sonra, 1948-53-cü ildə 400 min qurban verən, Bakı nefti hesabına qələbənin qazanılmasında əvəzsiz rol oynayan bizlərə “mükafat” əvəzi...Qərbi Azərbaycandakı insanlarımızı Azərbaycana sürgün etdilər. Ermənilərin təhriki ilə. 1988-ci ildən sonrakı hadisələr də hər birimizə bəllidir...  

Dostları ermənilər tərəfindən öldürülən Qəhrəman yüzbaşının dediklərini bilirsiniz niyə xatırladım? Hikmət Sabiroğlunun məhkəmədəki ifadəsini, daha sonra onun məhkəmə ilə bağlı yazısını oxuyanda. Məhkəmə ifadəsindən sonra nələrsə yazmağı planlaşdırırdım. Baxdım ki, mən hələ fikirlərimi toplayıb, yaza bilməmişəm, Hikmət qardaşımız artıq sözünü dedikdən sonra məhkəmə yazısını da yazıb.

Hikmət Sabiroğlu Bakıda mühakimə olunan separatçı ermənilərdən zərər çəkən həmvətənlərimizdəndir. Dövlətimiz onun ata evinə dəyən ziyanın 1 milyon olduğunu müəyyənləşdirib. Amma nə olsun, ürəyi soyumur. Çünki düşmən qaçqınlıq-köçkünlük həyatı yaşatdığı insanlarımıza elə zərbələr vurub ki, onun əvəzi heç bir pulla qarşılana bilməz.  

Hikmət Sabiroğlu deyir “Heç nə deyə bilmirəm…

...Bu qəfəsdə oturanlara baxıram, dustaqdırlar, biz şuşalıyıq, bizə yaraşmaz qolubağlı adama göz ağartmaq… Amma vallah, adam adama belə pislik eləməz axı…”

Qəhrəman yüzbaşının dediyi sözləri xatırladır bir az da. “Adә, ermәni, tez kәmәnçәni yığışdır, itil get burdan. Yoxsa...”

Bax, biz belə böyük ürək sahibiyik. Qəhrəman yüzbaşının yurdunu darmadağın edən, doğmalarını qətlə yetirən erməni Baxşını əfv etməsi ilə Hikmətin “biz şuşalıyıq, bizə yaraşmaz qolubağlı adama göz ağartmaq…” qeydləri...Amma bəlkə də elə bizim ifrat humanizmimizdən sui-istifadə etdi nankor düşmən, bir əsrdə neçə dəfə boğazımıza ilan kimi dolandı. Sözsüz, bu dəfə qərarı DÖVLƏTimiz verəcək, tarixdə heç zaman olmayan Ədalət Məhkəməsini reallaşdıran Azərbaycan Respublikasını! Amma bilirsiniz nə qədər adamımızın ürəyindən yük götürüldü.

Hikmət Sabiroğlunun bu məhkəmədə qalib ölkənin vətəndaşı, qalib, məğrur şuşalı olaraq iştirakını bəlkə özü qədər elə mən də gözləyirdim. Bilirsiniz niyə? Yəqin ki, Hikmət bəy xatırlayar: dəhşətlərlə dolu işğal illərində silsilə yazılar yazır, müsahibələr alırdım Qarabağla bağlı.

Bir gün Hikmət Sabiroğlunu redaksiyamıza dəvət etdim, “Yeni Müsavat”a. Ha söhbətə körpü salmaq istədim, ha Qarabağdan, Şuşadan danışdırmağa cəhd göstərdim, alınmadı, Hikmət bəy təxminən belə “axı, nə danışım, Şuşa gedib e...”, deyib, müsahibəyə razılaşmadı. Təbii ki, xətrimə dəymədən, həmişəki kimi, sayğı ilə, həssaslıqla. Mən də onun hansı hisslər keçirdiyini anladığım üçün bir saatdan artıq davam edən “kökləmə” istəyindən daşındım. Çünki...

Bir yuxu görmüşdüm: Şuşaya turist kimi getdiyimi və şəhəri ağrı-acı içərisində dolaşandan sonra... “sərhəd postu”ndan keçərkən erməni sərhədçilərin bizə saymazyana münasibətini, açıq şəkildə ələ salmalarını görüb hönkürmüşdüm və səsimə ayılmışdım. Şuşaya ayağı dəyməyən biri olaraq yuxunun əzabını yaşadığım halda, Şuşada yurdu dağılan Hikmət Sabiroğlunu anlamağım elə də çətin deyildi.

Bir dəfə də bulvarla üzü Bayıla sarı gedirdim. Baxdım ki, qarşıdan Hikmət Sabiroğlu gəlir. Düşündüm ki, yaxınlaşanda salamlaşıb, hal-əhval tutarıq. Əlində siqaret, dənizə tərəf gözlərini ayırmadan, az qala çiynimə toxunacaqmış kimi, keçib getdi. O qədər fikirliydi ki...İstəmədim xəyallardan ayıram, düşündüm ki, bəlkə gedib-gələ bilmədiyi Şuşa haqda düşünür, heç olmasa şuşalı düşüncələrindən ayırmayım.

Hikmət bəy yazır: ““Şuşanın dağları” çalınanda kanalı dəyişirdim. Bir şuşalı toyda bu havaya qol götürəndə içimdə deyirdim ölməyib sağ qalmışıq, hələ oynamağın da var…Mənim şəhərimi dağıtdı düşmən”.

Bütün bu ağrıları yaşamış adamın Ədalət Məhkəməsində iştirakının özü tarixdir! Bəli, o ağrını ürəyində daşıyıb Hikmət qardaşımız və onun kimi yüz minlərimiz.

Hər il mayın 8-i yaxınlaşanda ürəyimiz qübar bağlayırdı. Ermənilərin Xankəndidə Şuşanı işğal etmələrini paradla qeyd etmələrindən havalanardıq. Elə indi sülhdən danışan Paşinyan da 2018-ci ildə, baş nazir seçiləndən sonra tullana-tullana Şuşaya, Xankəndiyə gəlmişdi, “qələbə günü”nü qeyd eləsin. “Dağlarda toy” əməliyyatını araq-çaxır içərək, “Yallı” gedərək qeyd edirdilər. Ürəyimizi partlatmaq istəyirdilər, hamılıqla, Hikmət qarışıq. Arzularına çata bilmədilər, burunlarından gəldi. Dəmir Yumruq sözünü dedi, İlham Əliyevin cəngavərləri Şuşanın sıldırım dağlarına hələ də dünya hərb mərkəzlərinin anlaya bilmədiyi cığırlarla qalxıb, qalanı azad etdilər!

Amma 28 il 8 aylıq Şuşa...həsrəti ilə o qədər pislik etdilər ki... İndi himayədarları güman edir ki, Azərbaycan məhkəməsi də “Baxşı”nın qandaşlarına, arutyunlara, babayanlara, vardanyanlara “kəmənçəni də götürün, itilin”, deyəcək və yenidən əfi ilana dönəcəklər bizə qarşı. Olmayacaq! Ədalətli məhkəmə qərarı mütləq veriləcək ki, türkə qənim kəsilənlərin hər biri tarix boyunca dərs alsın. 

Elşad PAŞASOY

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri