Icma.az
close
up
RU
Dustaqlara nə deyərdim? Hikmət Sabiroğlu yazır

Dustaqlara nə deyərdim? Hikmət Sabiroğlu yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Hikmət SABİROĞLU

Qarabağ müsibəti anamın həyatını alt-üst eləmişdi. Torpaqdan, saray kimi evdən olub bir hücrəyə qapanmışdı, başqa ağrı-acı da vardı. Amma anam heç gileylənməz, iki oğlunun əlində-ovcunda qalmasına sevinərdi. Onun dərdi dərd deyildi, Cıdır düzünün qayasında oğlunu haraylayan şəhid anası var. Anaların səfərini təşkil eləyən adam mənzərəni görüb havalanıb, deyir səsi batanacan harayladı Şuşanı qaytaran döyüşdə baş qoyan oğlunu.

İsa bulağındakı qələbə badəsinə yox, qələbənin bu üzünə baxaram.

Bakıda mühakimə olunan erməni dəstəsi məhkəməyə aparılıb gətiriləndə şəhəri görür bəlkə. Hər yan şəhid portreti ilə doludur. Bir Bakının küçələri deyil, Azərbaycanın hər yanı.

Televiziyadan Qarabağ deyən hər üzə yox, o uşaqlara baxaram...

İşğalçıların məhkəməsində ifadə verdiyim gün hakim hər zərərçəkənə son istək imkanı yaradırdı. Mənim bir istəyim olmadı. Heç nə demədim. Amma ürəyimdən keçən vardı...

Qəfəsdəki sıravi erməniləri, bir də əmr qulu hərbçilər Levon Mnasakanyanla David Manukyanı çıxıram. Qalır Arkadi Qukasyan və daha dörd nəfər: Bako Saakyan, Araik Arutunyan, David İşxanyan, David Babayan. Siyasi rəhbərlər. İttiham aktına hər birinin quru bioqrafiyası da yetər.

İstərdim onlara deyəm bizim anamıza canınız yanmaz, bir vaxt haram qələbə ilə təsəlli verdiyiniz erməni ananı düşünün, gör hansı quyunun dibinə düşdü, indi nə deyərdiniz ona, oğlunun məzarı Qarabağda qalan didərgin anaya, nə deyərdiniz?

İstərdim deyəm Arkadi, Bako, Araik, Davidlər sülhə çağırış etsin, Yerevana - əlimiz çatmayan "yan"lara mesaj göndərsin ki, əl çəkin ermənidən, düşün onun yaxasından.

Qukasyan qanlı qovğanı ilk başlayanların biridir, tərslikdə onu üstələmiş cavanlara cığır açıb. İndi bir başqa cür irəli dura bilər.

Mən demirəm sülhə çağırışla labüd ağır hökm yumşalar. Bu, xırda məsələdir. Tutalım, 65 yaşı keçdiyinə görə Arkadiyə ömürlük həbs düşmür, guya 20-25 il azdır? Ya 20 illə 25 ilin nə fərqi var? Qan dayansın deyirəm. Buna bir ümid yaransın.

Gör nə analar ağladı, nə gəlinlər dul, nə qızlar boynuburuq qaldı...

Uşaqlıq dostum Elxan məhkəmə ifadəsində dustaqlara coşdu, dedi ömrümün 30 ilini oğurladınız. Dedi və qəhərdən boğuldu.

Elxanın talan olunmuş ömrünün şahidiyəm.

Öz ömrüm də çalınıb. Buna ömrün adamın yanından gəlib ötməsi deyərlər.

Amma itən ömrüm bir damla göz yaşından qiymətli deyil. Analar ağlamasın...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri