Icma.az
close
up
RU
Başımız daşdan daşa... Hikmət Sabiroğlu yazır

Başımız daşdan daşa... Hikmət Sabiroğlu yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Hikmət SABİROĞLU

Tofiq Rüstəmov deyəndə içimi bir peşmanlıq didir...

...Ürəyimizə ilk gündən yatdı o kişi. Dedilər tələbə biletini Zərdabinin məzarı başında alacaqsınız. Belə ənənə varmış jurnalistika fakültəsində. İlk dərs günü bitəndə Fəxri xiyabanda cəm olduq.

Bilmirəm həmin an mən də siqaret çəkirdimmi... Yəqin. Çünki qrupda tək-tük siqaret xəstəsinin biri olmuşam.

Mərasim hələ başlamamışdı, Həsən bəyin hüzurunda topa-topa söhbətləşirdik. Qəflətən müəllimlərdən biri siqaret çəkənlərə təpindi. Pərtlik yarandı. Bakının, auditoriyanın xofu canımızı sarıb, bir yandan da belə sərt irad...

Bir neçə saniyəlik pərtlik sükutunu dekan Tofiq Rüstəmovun işıqlı təbəssümü aradan qaldırdı:

- Dünən "Neftçi" uduzub, yəqin dilxorçuluqdur...

1986-cı il sentyabrın 1-i. Ötən gün doğrudan da "Neftçi" uduzmuşdu. Tiflisdə "Dinamo"ya. Amma futboldan söhbət getmir axı...

...Bu əhvalatdan il yarım sonra Tofiq müəllim siqaretdən uzaq olmağı məsləhət görəcək.

İkinci kursun ortasında Qarabağ hadisələri başlamışdı. Hər axşam universitetdən, respublika komsomolundan məsul şəxslər yataqxanaya baş çəkirdi. Bir növ profilaktik söhbətlər aparmağa gəlirdilər. Belə günlərin birində Tofiq müəllim qonağımız oldu. Jurnalistikanın uşaqları qrup yoldaşım Əlisəfa Mehdiyevin ağsaqqalıq elədiyi bizim otağa toplaşdı, dərdləşdik.

Saatlar çəkən bu söhbətdə Tofiq müəllim tez-tez əlini pencəyinin cibinə salıb-çıxarırdı. Mən dilə gəldim:

- Tofiq müəllim, siqaret problem deyil, içəridə çəkirik...

- Yox, içəridə olmaz. Bu da qənimətdir, bayaqdan çəkmirəm.

Söhbətimiz bundan sonra daha nə qədərsə davam elədi, Tofiq müəllim yalnız gedən ayağı, dəhlizdə siqaret yandırdı, elə həmin anda da ata qayğıkeşliyi ilə "Buna bənd olmayın" dedi, daşdan keçən bir misal da gətirdi.

Hər yol siqaretin ziyanından söhbət düşəndə Tofiq müəllimin həmin məsləhət-misalını xatırlayıram...

...Zərdabinin məzarı başındakı o məhrəmanə təbəssüm sonrakı günlər də üstümüzdən əskilmədi. Tofiq müəllim tez-tez dərsimizə baş çəkər, hal-əhval tutar, sanki hər müəllimə birincilərdən muğayat olmağın vacibliyini xatırladardı...

Kübar davranışı vardı. Dərs başlayıb, amma sən auditoriyada yox, dəhlizdəsən, ya çöldə dayanmısan. Birdən dekan görünür. Udqunmağa başlayırsan, yerə girmək istəyirsən. Əbəs - Tofiq müəllim gülümsəyib salamlaşır, sakitcə ötüb keçir. Elə ağayana ötür ki, bir də dərs vaxtı auditoriyada deyil, dəhlizdə-çöldə olmaq ağlına gəlmir...

Bizim qrupu çox bəyənmişdi Tofiq müəllim. Bunu ikinci kursdan tədris olunan dialektik materializmin ilk dərs günü məşhur filosof Fuad Qasımzadədən də eşitdik:

- İşim çox olur deyə illərdir dərs götürmürəm. Tofiq müəllim bütün yayı məni dilə tutub ki, bu qrupa məhz siz dərs deməlisiniz.

Jurnalistika fakültəsində dialektik materializmi bizim qrupacan başqa müəllim tədris eləmişdi, bizdən sonra da o qayıtdı.

Fuad Qasımzadə universitetin fəlsəfə kafedrasının müdiri, hər yanda tanınan alim idi.

Tofiq müəllimi xəcalətli eləmədik...

Dekanlıqdan çıxıb əvvəl universitetdə partkom, ardınca Mərkəzi Komitədə şöbə müdirinin müavini olanda da bizdən aralanmadı Tofiq müəllim. Dördüncü kursda ədəbi redaktə dərsi dedi. Ustad dərsi.

...Onun gülər üzü Qarabağın ağır günlərində də qəlbimi çox oxşayıb. 1989-cu ilin yayında Mərkəzi Komitədən Şuşaya ezam olunmuşdu. Uzun müddət şəhərdə qaldı. Camaatın tikan üstündə yaşadığı, əsəblərin tarıma çəkildiyi, hökumətin ikiqəpiklik olduğu o günlərdə şəhərin baş meydanında qələbəliyə girməkdən çəkinməyib hamını necə təmkinlə sakitləşdirdiyini dəfələrlə gördüm, fəxr elədim müəllimimlə...

...2006-cı ildəki yazılarımın birində 61 yaşında rəhmətə getmiş qohumum barədə "elə də yaşlı adam deyildi" qeydi vardı. On il sonra həmin yazını təkrar çapa verəndə "elə də"ni çıxardım, "yaşlı adam deyildi" qaldı. İndi düşünürəm çox cavan rəhmətə gedib qohumum. Tofiq müəllim kimi az yaşayıb. 61-cə il.

Sağ olsun qrup yoldaşımız İmran Bədirxanlı. Mayın 16-da məni, Şahin Əliyevi, Afiq Mirzəbəylini yanına alıb Qubaya, Tofiq müəllimin ziyarətinə apardı. İmran yazıb: bizi yenə gülərüz qarşıladı ustad. Hər xatirəsi diri qalıb...

Məzar başında içimi bir peşmanlıq yenə didirdi...

1992-ci ilin mayında, Şuşanın işğalından sonra köhnələr ayaqlanıb hakimiyyətə əl qoymuşdular. Mayın 14-də parlament iki ay səkkiz gün əvvəl istefa vermiş Ayaz Mütəllibovu dövlət başçısı kürsüsünə qaytarmış, Əbülfəz Elçibəyin öndə olduğu prezident seçkisini dayandırmışdı.

Mayın 15-də yenilər - Xalq Cəbhəsi əks-həmlə ilə hakimiyyəti götürdü. Parlament binasında bir növ təhvil-təslim başladı.

Deputatları yığıb dünənki qərarları ləğv etməyə çalışırdılar. Mayın 16-na keçən gecə hələ də kvorum alınmırdı. Bəzi deputatları yarı zor-yarı xoş gətirirdilər binaya.

"Azadlıq" qəzetinin müxbiri Hikmətdən soruşan yox idi ayın neçəsidir, amma təsadüfən eşitdim kimsə Tofiq Rüstəmovun harada yaşadığını xəbər alır. Binalarını tanıyırdım, təxmini nişan verdim.

Tofiq Rüstəmov həm deputat, həm də "Xalq qəzeti"nin redaktoru idi.

Az sonra Tofiq müəllimi gətirdilər. Özünü toxtaq tutsa da, həyəcanlı olduğunu gizlədə bilmirdi.

İçimdən bir peşmanlıq keçdi elə o andaca. Gərək müəllimimi heç kimin ayağına verməzdim.

Çox inanırdım ki, köhnələr nə qədər tez aralansa, yenilər nə qədər tez gəlsə, Qarabağ müsibəti bir o qədər tez bitər. Bir həftə əvvəl düşmən əlinə keçmiş Şuşanın tezliklə azad olunacağına çox inanırdım...

Bu ümidlərin nə ilə bitdiyi hər kəsə bəllidir...

...Tofiq müəllim hər vaxt bizə ayıq-sayıq olmağı, səbirli olmağı məsləhət görərdi. Başqa ustadlar - Famil Mehdi, Nəriman Zeynalov, Şirməmməd Hüseynov da...

Başımız daşdan-daşa dəyəndə bilirik nə deyirmişlər...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 22 May 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see368

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see361

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see356

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see349

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see343

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see299

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see273

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see269

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see260

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see255

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see238

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see234

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see234

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see228

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see227

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see217

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see215

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see203

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see199

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri