Icma.az
close
up
RU
Hind rupisinə zərbə: Tarixi minimumda

Hind rupisinə zərbə: Tarixi minimumda

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qlobal enerji qiymətlərindəki volatillik dünyanın ən böyük neft idxalçılarından biri olan Hindistanda maliyyə sabitliyini təhdid edir. Brent neftinin bir barelinin qiymətinin 84 dolları keçməsilə Hindistan rupisi son 10 ayın ən kəskin ucuzlaşmasına məruz qalaraq, rekord yeniləyib.

Marja xəbər verir ki, Dollar/Rupi məzənnəsində psixoloji hədd sayılan 92 səviyyəsinin aşılmasından sonra Hindistan Mərkəzi Bankı (RBI - Reserve Bank of India) valyutadakı ucuzlaşmanı zəiflətmək məqsədilə bazara dollar satışı edərək müdaxilə edib. Lakin bazar ekspertləri hesab edirlər ki, geosiyasi risklər davam edərsə, bu müdaxilələr məhdud təsir göstərə bilər.

Ölkədə 10 illik istinad istiqrazının gəlirliliyi 5 baza bəndi artaraq 6,73%-ə yüksəlib. Fond bazarında da eniş müşahidə olunub və "NSE Nifty 50" qlobal satış dalğasına paralel olaraq 2,3% dəyər itirib.

Hindistan iqtisadiyyatı üçün ən böyük risk RBI-ın oktyabr-mart dövrü üçün proqnozlaşdırdığı 70 dollarlıq baza neft ssenarisinin xeyli aşılmasıdır. Enerji tələbatının demək olar ki, hamısını idxal hesabına qarşılayan ölkə üçün bu vəziyyət iki əsas problemi dərinləşdirir: Artan idxal xərcləri cari əməliyyatlar balansı kəsiri üzərində təzyiqi artıraraq rupini zəiflədir və bir müddətdir nəzarət altında olan inflyasiyanın artan yanacaq qiymətləri səbəbilə yenidən sürətlənə biləcəyi ilə bağlı narahatlıqlar da güclənir.

İş elanları AzVak.az-da

"ANZ Bank"ın valyuta strateqi Dhiraj Nim bildirib: “Neft qiymətləri yüksək qalarsa, daha zəif rupini qəbul etmək məcburiyyətində qala bilərik. İl sonu üçün proqnozlaşdırdığımız 93 səviyyəsi daha tez reallaşa bilər.”

İnvestorlar Asiya üzrə bazar itkilərini kompensasiya etmək üçün inkişaf etməkdə olan bazarlardan çıxaraq “təhlükəsiz liman” aktivlərinə yönəlirlər.

İstiqraz bazarındakı narahatlığın əsas səbəbi yüksək neft qiymətlərinin bir neçə ay ərzində inflyasiya göstəricilərinə birbaşa təsir edəcəyidir.  Bu isə mərkəzi bankın likvidlik idarəetməsi və faiz siyasətini çətin vəziyyətə salır.

Əlavə edək ki, Bakı vaxtı ilə saat 11:30-da Brent nefti 3,22% bahalaşma ilə 84,05 dollara ticarət olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://marja.az
archiveBu xəbər 04 Mart 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see269

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see245

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see237

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see234

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see209

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see202

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see199

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see190

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see189

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see188

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see182

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see178

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see174

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see168

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see167

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see163

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see157

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see156

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri