Hindistan Ermənistanı silahlandırdığını yenə car çəkdi: “Pinaka” reaktiv yaylım atəşi sistemləri
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hindistanın müdafiə mənbələrinə görə, bu ölkə Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb və Ermənistan MN hərbi sirr sayılan məlumatları paylaşmamaq çağırışı ilə ötən gün müraciət yaydığını da bildirib.
Ermənistan Müdafiə Nazirliyindən isə nəşrə hərbi-texniki əməkdaşlıqla bağlı qeyri-rəsmi məlumatlar yaymamaq xahiş edilib:
“Xahiş edirik ki, Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlığa dair rəsmi açıqlamalarını, o cümlədən səlahiyyətli məmurların bəyanatlarını əsas götürəsiniz”.
Qeyd edək ki, 21 noyabrda Ermənistanın Hindistandan daha 78 ədəd ATAGS haubitsaları alması üçün danışıqlar aparıldığı barədə Hindistan mediası məlumat yaymışdı.Ermənistan bundan öncə 6 ədəd ATAGS tədarük edib və sınaqlardan keçirib.
Əntiqə Rəşid
Baxış sayı:57
Bu xəbər 25 Noyabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















