Hindistan Kremldən gələn tələbi rədd etdi KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hindistanın dövlət neft şirkətləri Rusiyanın benzin tədarükünü artırmaqla bağlı müraciətinə “yox” deyib.
KONKRET.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb. Məlumata görə, Rusiyanın “Rosneft” və “Qazprom Neft” şirkətləri Hindistanın iri neft emalı zavodlarına (o cümlədən “Indian Oil”, “Bharat Petroleum” və “Hindustan Petroleum”) əlavə benzin partiyaları üçün müraciət ediblər. Lakin Hindistan tərəfi ixrac üçün artıq yanacaq həcmlərinin olmadığını bildirərək bu təklifi rədd edib.
Qeyd edək ki, Rusiyada daxili bazarda yanacaq qıtlığı Ukraynanın Rusiya NEZ-lərinə endirdiyi zərbələrdən sonra kəskinləşib. Hazırda Rusiyaya Hindistandan yalnız iki partiya benzin gedir ki, bu da “Rosneft”in 49 faiz paya sahib olduğu “Nayara Energy” şirkəti vasitəsilə həyata keçirilir. Analitiklər hesab edir ki, Hindistanın bu imtinası Moskvanın enerji sektorunda yaşadığı ciddi çətinliklərin göstəricisidir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 17 İyul 2026 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















