Hindistanda fırtına həyəcanı: Güclü yağışlar gözlənilir
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Hindistanın Andhra Pradeş ştatının sahillərinə Benqal körfəzində yaranan "Arnab” siklonu çatıb. Fırtına nəticəsində küləyin sürəti saatda 135 kilometrə yüksəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Andhra Pradeş ştatının Fövqəladə Halların İdarə Olunması Qurumunun rəhbəri Prakhar Jain bildirib ki, siklon ştatın sahil ərazilərində təsirini göstərməyə başlayıb.
Qurum rəsmilərinin məlumatına görə, fırtınanın daxili ərazilərə doğru irəlilədikcə zəifləyəcəyi və günün sonrakı saatlarında küləyin sürətinin azalacağı gözlənilir. İlkin məlumatlara əsasən, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.
Hindistan Meteorologiya İdarəsi siklonun quruya çıxma prosesinin başa çatdığını açıqlayıb. Bildirilib ki, Andhra Pradeş sahillərində və cənubda yerləşən Odişa ştatının bəzi ərazilərində güclü yağış və külək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Oktyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















