Hindistanda həkimlər doğuş zamanı körpənin qolunu qoparıblar
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Hindistanda hüquq-mühafizə orqanları doğuş zamanı körpənin xəsarət alması ilə nəticələnən hadisəni araşdırırlar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Times of India" nəşri məlumat verib.
Məlumata görə, hadisə Haryana ştatının Mandixera şəhərindəki xəstəxanada olub. Doğuş zamanı həkimlərin kobud səhvi ucbatından qolun travmatik amputasiyası baş verib.
Doğuş edən qadının ailəsinin dediyinə görə, onların qohumu personal tərəfindən kobud və qeyri-insani rəftarla üzləşib. Uşaq sağ qalıb və qonşu şəhərdəki xəstəxanaya yerləşdirilib.
Artıq xüsusi yaradılmış komissiya həkim səhvini araşdırır. Ekspertlər artıq xəstəxananın təsdiq edilmiş tibbi protokollara məhəl qoymadığını qeyd ediblər. Həmçinin həkimlər ölkə konstitusiyası ilə təmin edilmiş yaşamaq və sağlamlıq hüququnu da pozublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 Avqust 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















