Hindistanda helikopter qəzası nəticəsində altı zəvvar və pilot həlak olub
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Hindistanın şimalındakı Himalay dağlarında baş verən helikopter qəzası nəticəsində yeddi nəfər həyatını itirib.
APA xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.
Rudraprayaq dairəsinin fövqəladə halların qarşısının alınması idarəsinin əməkdaşı Nandan Sinqh Radjvarın sözlərinə görə, həlak olanlar arasında altı zəvvar və pilot olub.
Onun bildirdiyinə görə, qəza Gaurikund meşələri üzərində, pis hava şəraiti və zəif görünmə şəraiti səbəbindən baş verib.
Helikopter səhər tezdən dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşən Kedarnath kəndindən havaya qalxıb. Qısa müddət sonra helikopter qəzaya uğrayıb və yanmağa başlayıb.
Bu mövzuda digər xəbərlər:Hindistanda helikopter qəzası nəticəsində 6 nəfər həlak olub
30 Oktyabr 2026 15:12
Hindistanda avtobus qəzası nəticəsində 36 nəfər ölüb
04 Noyabr 2024 19:20
Hindistanda yük maşını zəvvar qrupunu vurub Azı 13 nəfər həlak olub
18 Oktyabr 2026 12:01
Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub
17 Avqust 2026 22:52
Hindistanda yük maşınının aşması nəticəsində doqquz nəfər həlak olub
14 İyul 2025 11:52
Baxış sayı:138
Bu xəbər 15 İyun 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















