Hindistanda “keçəllik virusu” ciddi narahatlıq yaradıb
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
Hindistanın Maharaştra əyalətində 11 kənddə naməlum səbəblərdən 155 saç tökülməsi hadisəsi qeydə alınıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Buldhana bölgəsindəki kəndlərdə sürətlə saç tökülməsinə səbəb olan epidemiya narahatlıq yaradıb.
Kəndlərdə sağlamlıq qrupları növbətçiliyə cəlb edilərkən, səlahiyyətlilər epidemiyanın mənbəyini müəyyənləşdirməyə çalışır.
Məlumat verilib ki, xalq arasında “keçəllik virusu” kimi tanınan xəstəlik saç, baş dərisi və dırnaqlarda aparılan ilkin müayinələrə əsasən göbələk infeksiyası deyil. Lakin ekspertlər xəbərdarlıq ediblər ki, bunlar yalnız ilkin tapıntıdır və əlavə təhlilə ehtiyac var.
Qəti diaqnoz üçün kritik olan mikrobiologiya hesabatlarının cümə axşamına qədər dərc olunması gözlənilir.
Bu arada, Hindistan Tibbi Tədqiqatlar Şurasının (ICMR) ekspert qrupunun hərtərəfli araşdırma aparmaq üçün iki gün ərzində həmin ərazilərə səfər edəcəyi açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 Yanvar 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















