Icma.az
close
up
RU
Qəlbi Vətənlə döyünən Tosif

Qəlbi Vətənlə döyünən Tosif

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Qəlbi vətən eşqi ilə döyünən Tosif Abdullayev 44 günlük haqq savaşımız başlayan andan göz qırpmadan düşmənə qarşı döyüşüb. Son nəfəsinə qədər ermənilərin kabusuna çevrilən Tosif ömrünün 22-ci baharında əbədiyyətə qovuşsa da, qəhrəmanlığı dillərdə dastana dönüb. İndi təkcə dünyaya göz açdığı Cəlilabad rayonunun Qara Kazımlı kəndi deyil, bütün Azərbaycan xalqı onu əsl övlad kimi ürəyində bəsləyir. Harada bir günəş müqəddəsliyi var, qəhrəman Vətən sevdalısının sorağı oradan gəlir. Əlçatmaz, ünyetməz göylərdə parlaq ulduz ömrünü yaşayan Tosif Abdullayev dövlət tərəfindən də "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Mənfur düşmənin xalqımıza qarşı apardığı yersiz torpaq iddiaları, Qarabağımızın ədalətsiz işğalı bütün qeyrətli vətən övladları kimi Tosifi də narahat edib. Odur ki, 2017-ci ildə əsgərlik yaşı çatanda yağıdan qisas almaq məqsədilə ordu sıralarına gedib. Vətənin keşiyində ayıq-sayıq dayanıb, düşməndən qisas almaq üçün məqam axtarıb. Xidmət etdiyi hərbi hissədə cəsurluğu, qorxmazlığı, vətənpərvərliyi, ən əsası düşünülmüş ağıllı hərəkətləri ilə böyük hörmət sahibi olub. Təlimlərdə xüsusi fəallıq göstərib. Ürəyində bir istək vardı: mübarizə meydanında mənfur yağını qırıb zəbt edilmiş Vətən torpaqlarının və şəhidlərin qisasını almaq. Həmişə də əsgər yoldaşlarına deyib: "Qarabağımızın torpağına-daşına şəhid qanı həkk olunub. Unutmaq olmaz ki, erməni dığalarının belə bir müqəddəs yerə ayaq qoyması günahdır. Vətən öz qeyrətli övladlarından əsir Qarabağın azadlığını istəyir".
Tosif Abdullayev üzüağ əsgərliyini başa vurub. Amma Vətənin bir parçası düşmən tapdağı altında olduğu üçün dalda-bucaqda gün keçirməyi heç cür şəxsiyyətinə sığışdıra bilməyib. Elə Qarabağın azadlığı naminə həyatını hərbiyə bağlayıb. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayıb. Aldığı tapşırıqları, xidməti vəzifəsini ləyaqətlə yerinə yetirib. Düşmənə öz gücünü göstərməkdən ötrü cəbhə bölgələrində keçirilən sınaq təlimlərini uğurla başa vurub. Qanında vətən eşqi, torpaq sevgisi olan Tosif Abdullayev seçdiyi peşəyə görə qürur duyub, bunu özünə şərəf bilib və bildirib ki, son damla qanına qədər düşmənlə vuruşub qisas alacaq. Bunu özünə vətən qarşısında ən müqəddəs borc sayıb.
44 günlük müharibənin başlandığı ilk gündən Tosif ən qaynar nöqtələrdə düşmənlə döyüşə girib. Göstərdiyi hünər, yağıya vurduğu zərbələr gündən-günə artıb. Neçə-neçə ağır döyüşdən uğurla qayıdıb. Vətənə olan sevgisi, qəhrəmanlığı yeni-yeni zəfərlərlə nəticələnib. Oktyabrın 14-də Suqovuşanda son gülləsinə kimi düşmənə göz açmağa imkan vermir. Özü şəhid olsa da, daha bir zəfər bayrağımız göylərə ucalıb.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri