Kartdan karta 5 dəfəlik limit ləğv oluna bilər Bu halda
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az-ın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov kartdan-karta əməliyyatlarına tətbiq olunan günlük limitlərdən danışarkən deyib.
O bildirib ki, bu, normal bir dövriyyə deyil:
“Cari ilin avqust ayı üzrə məlumatlarda dövriyyə 48 milyard manatdır. Bu, birbaşa bankların problemi deyil, əhalinin digər çağırışlardan formalaşan davranışlarıdır. Sahibkarlıq fəaaliyyəti ilə məşğul olmayan insanın kartına günə 5 mədaxil olmamalıdır. Bunun bir hissəsi vergidən yayınma, bir hissəsi mərc oyunlarıdır.
Sədr vurğulayıb ki, xüsusi hallarda kartlara tətbiq olunan limit aradan qaldırıla bilər:
“Kimdəsə belə bir xüsusi hal varsa, banka müraciət edə və o limitin yığışdırılmnasına nail ola bilər. Həm 5 dəfə mədaxil, həm 20 min manat, həm də “1 məhsul 1 kart” limitlərini aradadan qaldırıla bilərlər. Bu, qadağa deyil. Qadağa odur ki, mən xüsusi vəziyyəti izah etsəm də, mənim üçün bu limitlər aradan qaldırılmır. Limitlər müəyyən olunsa da, qapılar açıq saxlanılıb. Vergidən yayınma və qeyri-qanuni fəaliyyət yoxdursa, məhdudiyyətlər aradan qalxa bilər”.
T. Kazımov limitlərdən sonra nağd dövriyyənin artacağı ilə bağlı narazılıqların yarandığını, lakin hazırda bunun müşahidə olunmadığını əlavə edib.
Könül Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 29 Oktyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















