Kompaninin durumu açıqlandı
Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərə görə bir müddət komandanın oyunlarında iştirak edə bilməyəcək.
QOL.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bir neçə gün əvvəl klubun əvəzedici komandasının məşqi zamanı vəziyyəti pisləşdiyi üçün helikopterlə xəstəxanaya aparılmışdı.
Kompani uzun müddət ərzində yuxusuna kifayət qədər vaxt ayırmayıb və həddindən artıq qəhvə qəbul edib. Gərgin iş rejiminin onun səhhətinə mənfi təsir göstərdiyi bildirilir.
Xəstəxanada qısa müddət qalan məşqçiyə evə qayıtmağa icazə verilib. Lakin o, hələlik komandanın məşqlərinə və oyunlarına rəhbərlik edə bilməyəcək. Belçikalı mütəxəssis noyabrın 9-dan 17-dək davam edəcək beynəlxalq fasiləyədək evdə istirahət edəcək və bərpa kursu keçəcək.
Beləliklə, “Bavariya” Dortmund “Borussiya”sı, Madrid “Atletiko”su və “Maynts”la oyunlara baş məşqçisinin iştirakı olmadan çıxacaq. Kompaniinin noyabrın 20-də “Köln”lə matçda komandanın başına qayıdacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 29 Oktyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















