Hindistanda tunelin çökməsi nəticəsində ölənlərin sayı 8 ə çatıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistanın Namçi rayonunda tikilməkdə olan tunelin çökməsi nəticəsində həlak olanların sayı 8-ə çatıb.
APA xəbər verir ki, bu barədə Sikkim ştatının baş naziri Prem Sinq Tamang məlumat verib.
Məlumata görə, Namçi rayonunun Jholungey bölgəsində yerləşən NHPC Teesta Stage VI Su Elektrik Layihəsinə aid tunel sürüşmə nəticəsində çöküb.
Baş nazir Narendra Modi Sikkim rəhbəri ilə telefon danışığı apararaq xilasetmə əməliyyatlarının gedişi ilə maraqlanıb və Hindistan hökuməti tərəfindən bütün zəruri dəstəyin göstəriləcəyini bildirib.
Hadisə zamanı təxminən 27 işçi tikilməkdə olan tuneldə köməksiz vəziyyətdə qalıb. Xilasetmə əməliyyatları tuneldə toplanan qaz səbəbindən çətinləşib. Bildirilir ki, xilasetmə qruplarının bəzi üzvləri tunelə daxil olarkən başgicəllənmə keçirib və huşunu itirib.
İlkin ehtimallara görə, qaz sürüşmə nəticəsində yeraltı geoloji layların zədələnməsi səbəbindən tunelə sızıb. Xilasetmə işləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 21 İyul 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















