Hindistanın ilk yarımkeçirici çipi bu il buraxılacaq...
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Naziri Aşvini Vayşnav, ölkənin 2025-ci ildə ilk tam dizayn və istehsal edilmiş yarımkeçirici çipi təqdim edəcəyini açıqladı. Onun sözlərinə görə, Heydərabad, Banqalor, Pune, Qurqaon və Çennay kimi şəhərlər indi ən mürəkkəb çiplərdən bəzilərini istehsal edir.
Hindistan artıq təsdiqini almış altı çip zavodunun tikintisinə başlayır. Nazir vurğulayıb ki, ölkə qlobal yarımkeçiricilər bazarında mühüm oyunçu olmaq niyyətindədir.
Bu sahə texnologiyaların və süni intellektin inkişafı üzrə genişmiqyaslı proqramın bir hissəsidir və bu proqram çərçivəsində artıq bir milyondan çox insan süni intellektlə işləmək və böyük məlumat dəstlərinə açıq çıxış üçün təlimlər keçir.
SİA-nın məlumatına görə, Vayşnav Hindistanın 2047-ci ilə qədər dünyanın iki ən böyük iqtisadiyyatından birinə çevrilə biləcəyini də qeyd edib.O, bu gün dünyanın iqtisadi mərkəzinin Qərbdən Şərqə doğru dəyişdiyini vurğulayıb.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 20 İyul 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















