Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Hindistanın strateji oyunu

Hindistanın strateji oyunu

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dehlinin İrəvana modern qırıcı təyyarələr verməsi bölgədə gərginliyi artıra bilər

Ermənistan hökuməti Hindistanın HAL (Hindustan Aeronautics Limited) şirkəti ilə Su-30MKI çoxməqsədli qırıcı təyyarələrinin alınması üçün tarixi müqavilə imzalamağa yaxındır. Bu barədə “İndian Defense News” saytı məlumat yayıb.

Sayt bunu “vacib strateji inkişaf” adlandıraraq yazır: “Hazırda yekun danışıqlar mərhələsində olan müqavilə Azərbaycanın bu yaxınlarda Pakistan istehsalı olan 40 ədəd “JF-17C Block-III” qırıcı təyyarəsi almasına strateji cavab kimi qəbul edilir. Son illərdə “Pinaka” raket sistemləri, “Swathi” batareya əleyhinə radarlar və tank əleyhinə qabaqcıl sursatlar da daxil olmaqla çoxsaylı silah müqavilələrindən sonra bağlanan bu müqavilə Hindistan–Ermənistan müdafiə əməkdaşlığını dərinləşdirir. “Su-30MKI” qırıcılarının gəlişi Ermənistanın texnoloji cəhətdən təkmilləşdirilmiş “JF-17” təyyarə parkına qarşı çəkindirmə və uzaqmənzilli hava döyüşü imkanlarını əhəmiyyətli dərəcədə artıracaq”.

Qeyd edilir ki, Hindistan üçün bu hadisə müdafiə ixracatında böyük irəliləyişdir və “HAL” şirkətinin artan qlobal mövcudluğunu vurğulayır: “Uzun müddətdir Hindistan Hərbi Hava Qüvvələrinin “onurğa sütunu” olan “Su-30MKI” platforması ikiqat “AL-31FP” dartma vektorlu mühərrikləri, qabaqcıl radar dəsti və həm Hindistan, həm də Rusiya istehsalı olan sursatları inteqrasiya etmək qabiliyyəti ilə tanınır. Dəyəri 2,5–3 milyard dollar arasında olacağı gözlənilən müqaviləyə ilk mərhələdə 8-dən 12-yə qədər “Su-30MKI”nin çatdırılması, əlaqəli təlim, yerüstü dəstək və fərdi silah inteqrasiyası daxil ediləcək. Ermənistana təklif olunan variantın Uttam AESA radarı, Astra uzaqmənzilli raketləri və yeni nəsil elektron müharibə sistemləri təchiz ediləcəyi gözlənilir. Bu konfiqurasiya Ermənistana tədarük ediləcək “Su-30MKI” təyyarəsini bu günə qədərki ən qabaqcıl ixrac versiyalarından birinə çevirə bilər”.

Təchizatın 2027-ci ilin sonuna qədər başlaması, son təhvilin isə 2029-cu ilə qədər olması proqnozlaşdırılır ki, bu da “HAL”ın Hindistan Hərbi Hava Qüvvələri üçün hazırkı istehsal öhdəliklərinə uyğundur: “Bu satınalma Pinaka çoxlüləli raket buraxıcılarının, Swathi silah aşkarlama radarlarının və tank əleyhinə idarə olunan raketlərin alınması da daxil olmaqla 2020-ci ildən bəri imzalanmış bir sıra Hindistan–Ermənistan müdafiə müqavilələrinin davamıdır”.

Qeyd edilir ki, bu addım İrəvanın davam edən regional hərbi əməliyyatlar fonunda (?) Rusiyadan asılılıqdan kənara çıxmaq üçün Hindistan müdafiə texnologiyalarına davamlı etibarını göstərir. O da bildirilir ki, bu müqavilə Hindistanın müdafiə ixracı tarixində ən böyük sazişlərdən biri olacaq və “HAL”ın müasir çoxməqsədli qırıcı təyyarələr istehsalçısı kimi etibarlılığını gücləndirəcək: “Bu, həmçinin Hindistanın Qafqaz bölgəsindəki strateji təsirini gücləndirir və Türkiyə, Pakistan və Rusiyanın iştirak etdiyi dəyişən geosiyasi dinamika fonunda Yeni Dehlini etibarlı təhlükəsizlik tərəfdaşı kimi mövqeləndirir. Strateji planda bu alqı-satqı Bakı və Ankara ilə davam edən gərginlik fonunda (?) İrəvanın müdafiə sahəsində əsas tərəfdaşı kimi Yeni Dehliyə orientasiyasını vurğulayır. Hindistana gəldikdə isə, o, Avrasiya bölgəsində etibarlı silah təchizatçısı statusunu gücləndirir və ənənəvi olaraq Rusiya və Türkiyənin təsiri altında olan hərbi əməliyyatlar teatrında geosiyasi pozisiyasını möhkəmləndirir”.

* * *

Hindistanın bu addımı bölgənin təhlükəsizlik arxitekturasında yeni, amma bir o qədər də təhlükəli mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu müqavilə Azərbaycanın Pakistandan qırıcı təyyarələr almasına “strateji cavab” kimi təqdim olunur. Lakin əslində, məsələ bundan daha dərin və narahatedicidir. Söhbət Hindistanın Cənubi Qafqazda hərbi balansı pozacaq şəkildə Ermənistanı silahlandırmaqla bölgədəki gərginliyi daha da artırmasından gedir.

Son illər Hindistan–Ermənistan müdafiə əlaqələrinin intensivləşməsi təkcə iqtisadi maraqlarla izah edilə bilməz. “Pinaka” raket sistemləri, “Swathi” radarları və tank əleyhinə idarəolunan raketlərin ardınca indi də çoxməqsədli “Su-30MKI” qırıcılarının Ermənistana verilməsi bu ölkənin silah ixracını genişləndirmək niyyətindən çox geosiyasi məqsədlərə xidmət edir. Hindistan özünü Qafqazda “etibarlı tərəfdaş” kimi göstərməyə çalışsa da, faktiki olaraq, Ermənistanı silahlandırmaqla regionda qüvvələr balansını pozur və sülh prosesinə ciddi zərbə vurur.

İrəvanın bu müqavilə vasitəsilə əldə etməyə çalışdığı əsas məqsəd Azərbaycanın artan hərbi gücü qarşısında yeni hava üstünlüyü formalaşdırmaqdır. Lakin bu, reallıqdan uzaq bir istəkdir. Ermənistan istənilən halda nə iqtisadi, nə də texnoloji baxımdan Azərbaycanın hərbi potensialına yaxınlaşa bilməz. Buna baxmayaraq, Hindistanın bu addımı bölgədə yeni silahlanma yarışını təşviq edir. Azərbaycan Ordusunun modernləşməsi müdafiə və təhlükəsizlik məqsədlərinə xidmət etdiyi halda, Ermənistanın silahlanması revanşist və təxribatçı məqsədlərlə həyata keçirilir.

Hindistanın bu istiqamətdə davranışı həm də onun beynəlxalq mövqelərinə zərər vurur. Özünü “qlobal sülh tərəfdarı” kimi təqdim edən Yeni Dehlinin Cənubi Qafqazda hərbi balansı pozmağa yönəlmiş addımları bu iddianı ziddiyyətə çevirir. Xüsusilə, Ermənistanın təcavüzkar siyasətinin nəticəsi kimi minlərlə azərbaycanlının qətlə yetirilməsi, yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından didərgin düşdüyü bir tarix fonunda bu ölkəyə müasir qırıcı təyyarələrin satışı mənəvi-əxlaqi və siyasi baxımdan qəbuledilməzdir.

Üstəlik, bu saziş Hindistanın Rusiya ilə strateji əlaqələrinə də müəyyən mənada zərbə vurur. “Su-30MKI” platforması hər nə qədər Hindistan tərəfindən modifikasiya edilsə də, onun bazası rus texnologiyasına əsaslanır. Ermənistanın isə Rusiya ilə münasibətləri son illər ciddi şəkildə gərginləşib. Belə olan halda, Hindistanın Moskvanın narazılığı bahasına bu cür müqaviləyə imza atması həm regional, həm də qlobal səviyyədə balanssızlıq yaradır.

Cənubi Qafqaz regionu artıq kifayət qədər mürəkkəb və həssas siyasi məkandır. Ermənistan–Azərbaycan münasibətlərində sülh hələ tam bərqərar olmayıb, etimad mühiti yeni formalaşır. Belə bir məqamda Hindistanın hərbi satışla prosesə müdaxiləsi vəziyyəti sabitləşdirmək əvəzinə, onu yenidən qarşıdurma xəttinə sürükləyir. Ermənistan rəhbərliyi bu cür sazişlər vasitəsilə öz cəmiyyətinə “təhlükəsizliyə təminat” görüntüsü yaradır, amma əslində, sülhü daha da uzaqlaşdırır.

Yeni Dehlinin bu davranışı digər tərəfdən Türkiyə və Pakistan kimi ölkələrlə münasibətlərinə də mənfi təsir göstərə bilər. Çünki bu ölkələr Ermənistanın silahlandırılmasını regionda balansın pozulması kimi qiymətləndirəcəklər. Hindistanın hərbi ixrac siyasəti bu halda beynəlxalq rəqabətin bir parçasına çevrilir və onun diplomatik neytrallığına xələl gətirir. Əgər Hindistan doğrudan da regional sabitliyin tərəfdarıdırsa, o zaman silah ixracını deyil, diplomatik vasitəçiliyi önə çəkməlidir. Ermənistanı silahlandırmaqla deyil, onu sülh danışıqlarına təşviq etməklə bölgədə nüfuz qazana bilərdi. Lakin hazırkı addım tam əksinə, Hindistanı geosiyasi rəqabətin alətinə çevirir. Nəticə etibarilə Hindistanın “Su-30MKI” qırıcılarının satışına dair planı Cənubi Qafqazda sülhə və sabitliyə xidmət etmir. Bu, İrəvana qısamüddətli təskinlik, regiona isə uzunmüddətli gərginlik gətirəcək. Ermənistanın hərbi gücünü süni şəkildə artırmaqla sülhü təmin etmək mümkün deyil. Əksinə, bu cür addımlar yeni risklər, qarşılıqlı inamsızlıq və silahlanma yarışını daha da dərinləşdirəcək. Hindistan bu yanlış istiqamətdən dönməli, Cənubi Qafqazda diplomatik nizam və qarşılıqlı etimadın qurulmasına töhfə verməlidir. Yalnız bu halda Yeni Dehli həqiqətən də “məsuliyyətli regional oyunçu” statusuna iddia edə bilər.

Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov XQ-yə açıqlamasında Ermənistanın bu təyyarələrə malik olmaqla nəyisə dəyişə biləcəyini düşünmədiyini bildirdi. Onun sözlərinə görə, əvvəla, “Su-30” təyyarələri çox sürətli olduğundan onları İkinci Qarabağ müharibəsi zamanı döyüş sahəsində istifadə etmək mümkün olmurdu: “Çünki “Su-30”lar daha böyük radiuslu təyyarələrdir. Belə olduğu təqdirdə onun vaxtilə işğal altında olan ərazilərdə istifadəsi uyğun sayılmırdı. Hava məkanına nəzarət isə həmişə olduğu kimi, Azərbaycanın necə deyərlər, əlindədir. Həm təyyarə parkı, həm də son vaxtlar Pakistandan təyyarələrin alınmasına dair yayılan məlumatları da nəzərə alaraq bu fikri açıq və əminliklə söyləyə bilərik. Azərbaycanın Pakistandan 40 ədəd təyyarə aldığı bildirilir. Belə olan təqdirdə bu say Ermənistanın Hindistandan aldığı təyyarələrin sayını 4 dəfə üstələyir”.

Müsahibimiz qeyd etdi ki, biz son vaxtlar sülhün bağlanması istiqamətində prosesləri görür, Nikol Paşinyanın da sülhə kökləndiyini müşahidə edirik: “Əgər bu proses davam edərsə, vəziyyətin başqa istiqamətə yönələcəyi də istisna olunmur. Digər tərəfdən, Ermənistanın iqtisadi vəziyyətini nəzərə alaraq bəzi müqavilələrə yenidən baxılması da mümkündür. Hər halda, bununla bağlı fikirlər söylənilir. 3 milyarda yaxın vəsait Ermənistan üçün çox böyük məbləğdir. Paşinyan özü bu yaxınlarda bildirmişdi ki, Ermənistanın böyük orduya ehtiyacı yoxdur. Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlansa və diplomatik əlaqələr qurulsa, İrəvanın qırıcı təyyarələrə bu qədər xərc çəkməsi məsələsinə yenidən baxmasını istisna etmək olmaz. Sülhə gedən yolda olsaq da, Ermənistanın silahlanması Azərbaycan dövlətinin diqqətindən yayınmır. Bundan irəli gələn tədbirlər hər zaman görülüb, görülür və görüləcək”.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri