Icma.az
close
up
RU
Hindistanın nifrət inin təməlində Azərbaycanın Pakistanla dost və müsəlman ölkə olması dayanır

Hindistanın nifrət inin təməlində Azərbaycanın Pakistanla dost və müsəlman ölkə olması dayanır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərifin iştirakı ilə Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistanın üçtərəfli sammiti regionda mühüm xarici siyasət hadisəsi olmaqla yanaşı, Hindistanın reaksiyası ilə də diqqət çəkir. Belə ki, Hindistanın media resurslarından biri yazır ki, “Hindistan bir güllə belə atmadan Azərbaycanı məhv etməyə hazırlaşır”. Yeni Dehlii hesab edir ki, onların İrəvana silah satmaları “Bakını elə qorxudub ki, bir güllə atmadan yıxılacaqlar...”

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Hindistanın Azərbaycanla münasibəti onun yalnız Pakistanla yüksək səviyyəli münasibətləri ilə bağlı olan bir məsələ deyil, çünki Pakistan və Hindistan yaranışlarından bəri faktiki olaraq düşmən dövlətlərdir və onların arasında Kəşmir kimi bir həll olunmamış məsələ var.

Oqtay Qasımov

“Hindistanla Azərbaycan arasında münasibətlər son 10 ilə qədər normal şəkildə inkişaf eləsə də, Hindistanda 10 ildən çoxdur ki, hakimiyyətdə olan ultra millətçi və nasist düşüncəyə malik, islamafob, radikal hindu ideologiyasının daşıyıcısı olan Modi hakimiyyəti Pakistanı bəhanə edərək özünün Güney Qafqazda müəyyən maraqlarını həyata keçirmək üçün Azərbaycana təzyiq etməyə çalışır. Bu təzyiqi də Ermənistan üzərindən planlaşdırır. Bu səbəbdən biz hələ 44 günlük savaşdan öncə də Hindistanın Ermənistana hərbi texnika verdiyinin şahidi olmuşuq. 44 günlük savaşdan sonra Hindistan bunu daha da intensivləşdirib və son illər Ermənistanı silahlandıran əsas ölkələr sırasındadır”-deyə Oqtay Qasımov qeyd edib.

Politoloq bildirib ki, Hindistan özünün Avropaya çıxış coğrafiyalarından biri kimi İran və Ermənistan üzərindən keçməklə Qara dənizə çıxış axtarır: “25 ildən artıqdır bu layihə müzakirə olunsa da, konkret nəticələr orta yoxdur. Bu, heç də perspektivli və rentabelli bir layihə deyil”.

Politoloqun fikrincə, Hindistan hakimiyyətinin Azərbaycana nifrətinin kökündə duran iki səbəb var: “Bir Pakistanla münasibətlər, ikincisi də Azərbaycanın müsəlman ölkəsi olması və Hindistanın Güney Qafqazda prosesləri körükləmək, gərginlik yaratmaq cəhdlərinin qarşısını effektiv şəkildə almasıdır”.

Oqtay Qasımov deyir ki, Azərbaycanın Çinlə münasibətləri kifayət qədər yüksək səviyyədədir və Çinlə Hindistan arasında problemlərin mövcudluğu bilinən bir mövzudur: “Hindistan Çini özünün rəqibi görür və orta dəhlizi əsas coğrafiyasından biri olan Azərbaycanla bu dəhlizin keçməsini əngəlləməyə çalışır ki, bu da səbəblərdən biridir. Şübhəsiz ki, Pakistanla Azərbaycan strateji tərəfdaşdır. Azərbaycan Pakistanın mövqeyini Kəşmir məsələsində birmənalı şəkildə dəstəkləyir. Çünki Hindistan qurulandan sonra Kəşmirin yarısından çoxunu işğal altında saxlayıb və 2019-cu ildə də bölgənin muxtariyyətini ləğv etməklə orada hərbi vəziyyət tətbiq edib və bir milyona yaxın hərbçi saxlamaqdadır. Bundan başqa Hindistan əslində özünün terrorçu mahiyyətini ortaya qoyaraq, son insidentdə Pakistana axan çayların qarşısını bağlamaqla Pakistanı su imtahanına çəkməyə çalışır ki, bu da həm insani, həm də beynəlxalq hüquq baxımından qəbulolunmaz bir davranışdır”.

Hindistanın “bir güllə atmadan Azərbaycanı yıxacağı” iddiası ilə bağlı Oqtay Qasımov vurğulayıb ki, bu daəslində özü haqqında həddən artıq yüksək fikirdə olmanın nəticəsidir.

“Bir ay öncə Pakistanla dörd günlük qarşıdurmada da Hindistana ağır başa gəldi. Hindistan hesab edirdi ki, artıq qlobal güc statusuna malikdir və onun hərbi gücü Pakistanı yerində tutmağa kifayət edəcək. Amma dörd günlük savaşda Pakistan ordusu elə dəqiq zərbələr vurdu ki, Hindistan əslində bu məğlubiyyəti etiraf etmək məcburiyyətində qaldı”-deyən politoloq hesab edir ki, Hindistan bundan sonra da bölgədə münasibətləri gərginləşdirmək və Ermənistanı silahlandırmaqda davam edəcək, amma bu da Azərbaycanın bölgədə mövqelərini zəiflətməyəcək və Hindistanın avantüraları bölgədə Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxara biləcək.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 İyun 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see268

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see197

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see175

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see165

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see146

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see141

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see141

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see139

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see135

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri