Icma.az
close
up
RU
Hindistanlı miqrantların Rusiyaya kütləvi AXINI Soydaşlarımızı nə GÖZLƏYİR?

Hindistanlı miqrantların Rusiyaya kütləvi AXINI Soydaşlarımızı nə GÖZLƏYİR?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Rusiyanın əmək miqrantlarına qarşı sərt tədbirlər görməsi, onların müəyyən hissəsinin ölkədən getməsi ilə nəticələnib. Üstəlik, müharibə səbəbindən də Rusiya insan potensialında ciddi itkilərlə üzləşib.
Bunun nəticəsidir ki, Sberbankın İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin həyacan təbili çalaraq, bu çatışmazlığa son vermək üçün Hindistandan ixtisaslı işçi qüvvəsi gətirilməsini vacib hesab edib.
O iddia edir ki, işçi qüvvəsi çatışmazlığı yaxın illərdə 4,8-5 milyon nəfərə çata bilər. Vedyaxin vurğulayıb ki, Rusiyada Hindistan işçi qüvvəsinə yüksək tələbat var və yaxın gələcəkdə bu tələbat daha da artacaq.
Hindistanın Sankt-Peterburqdakı baş konsulu Neelam Rani isə bildirib ki, Rusiya əmək bazarındakı boşluğu doldurmaq üçün bu ölkəyə 400.000 hindli işçi cəlb ediləcək.
Beləliklə görünən odur ki, bir tərəfdən xarici miqrantlara qarşı sərt addımlar atan Rusiya digər tərəfdən də 400 min hindistanlı miqrantı ölkəyə cəlb etməyi hədəfləyir.
Görəsən, belə ucuz işçi qüvvəsinin cəlbi fonunda Rusiyada əmək fəaliyyətilə məşğul olan soydaşlarımızı nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında  ReAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, hindistanlı miqrantların Rusiyaya cəlb olunması ölkələr arasında əldə olunan anlaşmanın nəticəsidir. Həmsöhbətimiz qeyd edib ki, bu məsələnin kökündə Rusiyanın 10 milyard dollarla vəsaitinin Hindistan banklarında qalması dayanır:
“Hindistan hökuməti isə onu nəğd və yaxud vəsait şəklində vermir. Təklif edir ki, Rusiya ərazisində zavod, fabriklər açılsın və orada yalnız Hindistandan gələn əməkçilər çalışsın”.
Rusiyadakı azərbaycanlı miqrantlarla bağlı məsələyə gəlincə...
Ekspert vurğulayıb ki, problem 20-30 ildir onsuz da eyni qaydada davam edir:
“Vətəndaşlığı, rəsmi icazəsi olanlar üçün heç bir problem yoxdur. Qeyri-rəsmi çalışanlarla bağlı isə Rusiya qanunları sərtləşdirilib. Onlar fəaliyyətlərini rəsmiləşdirməlidirlər. Bu baş vermədikdə isə ilk olaraq cərimələnirlər, növbəti dəfə isə ölkədən çıxarılırlar. Yəni son illər bu istiqamətdə dəyişən yalnız qanunvericilik və cərimələrin həddən artıq sərtləşdirilməsi məsələsidir. Bu mənada konkret hindistanlı miqrantlarla bağlı məsələnin Rusiyadakı soydaşlarımıza ciddi şəkildə hər hansı bir formada təsir edəcəyini düşünmürəm”.
Rüfət Sultan, Bizim.Media  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Noyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri