Icma.az
close
up
RU
Rusiyada səfərbərlik ovu : Soydaşlarımızı nə gözləyir?

Rusiyada səfərbərlik ovu : Soydaşlarımızı nə gözləyir?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyada əcnəbilərin səfərbərlik dövründə silahlı qüvvələrin tərkibində xidmət etməsinə icazə verilən fərman dərc olunub.

İndi əcnəbilər təkcə fövqəladə və ya hərbi vəziyyət zamanı deyil, həm də səfərbərlik dövründə xidmət keçə biləcəklər.

Fərmanda göstərilir ki, əvvəllər kontrakt əsasında hərbi xidmətdə olan və müəyyən yaş həddinə çatmış yüksəkixtisaslı mütəxəssislər ilə yeni müqavilə imzalana bilər.

Bu, xarici kəşfiyyat xidmətinə, FTX orqanları və dövlət mühafizəsinə də şamil olunur.

Maraqlıdır, bu qərar Rusiya vətəndaşlığı daşıyan soydaşlarımızın həyatına necə təsir edəcək?

Hərbi ekspert Üzeyir Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rusiyada yaşayan azərbaycanlılar müharibəyə cəlb olunmamaq üçün ehtiyatlı davranmalıdırlar:

“Məhz Rusiya qanunlara əsaslanmayıb istədiyini edən ölkədir, buna görə də orada yaşayan azərbaycanlıların mütəşəkkil qruplar şəkilində hərəkə etmələri çox vacibdir. Rusiyada yaşayan azərbaycanlılar əgər oranın vətəndaşı deyillərsə, diqqətli olmalıdırlar ki, onlara aidiyyəti olmayan müharibəyə cəlb edilməsinlər.

Çünki indiyə kimi xeyli sayda insan qanunsuz olaraq səfərbərlik adı altında komissarlıqlara gətirilərək Rusiya-Ukraniya müharibəsinə göndəriblər. Bu da onların bəziləri üçün faciə ilə nəticələnib.

Bunların yaşanmaması üçün soydaşlarımız olduqları şəhər və vilayətlərdə ya diaspora nümayəndələri, ya da Azərbaycanın tanınmış şəxsləri ilə sıx əlaqələr qurmalıdırlar ki, bu problemlə qarşılaşmasınlar”. 

Ekspert qeyd edib ki, əcnəbilərə təzyiqlər artdığından, azərbaycanlılar xüsusilə diqqətli olmalıdırlar:

“Bəzən Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri əcnəbiləri məcburiyyət qarşısında qoyur, onlara zorla sənəd imzalatdırır ki, guya könüllü şəkildə müharibəyə getmək istəyirlər. Ona görə də azərbaycanlılar diqqətli olmalıdılar ki, belə vəziyyətlə qarşılaşmasınlar.

Bu gün Rusiyada vətəndaşlığı olmayan soydaşlarımıza qarşı qərəzli münasibət nümayiş etdirilir. Rusiyanın əsgər çatışmazlığı olduğu üçün azərbaycanlı, özbək, qırğız və  digər millətlərin nümayəndələrindən istifadə etməyə çalışırlar. Ona görə də azərbaycanlılar bu məsələdə çox diqqətli olmalıdırlar”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Rusiya səfərbərlik Üzeyir Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyul 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri