Icma.az
close
up
RU
Hipnoz nədir və insan sağlamlığına necə təsir edir? ŞƏRH

Hipnoz nədir və insan sağlamlığına necə təsir edir? ŞƏRH

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar insanlar arasında hipnoza maraq artıb.

Bəziləri təsirini görür, bəziləri isə görmədiyini düşünür.

Araşdırmalar göstərir ki, hipnoz insanın şüuraltı ilə ünsiyyət qurmaq üsuludur.

Gununsesi.info-ya danışan klinik psixoloq Aytən Yusifova mövzunu belə şərh edib:

“Hipnoz zamanı bizim məqsədimiz alfa və teta dalğasına düşməkdir. Yəni insan ətrafda baş verən hər bir məsələni başa düşür, eşidir, anlaya bilir. Ancaq öz daxili aləmindədir. Daha dərinə doğru səyahət edir sanki. Hipnoz zamanı insan şüurunu tamamilə itirmir, tamamilə dərin yuxuya getmir, başa verənləri anlaya bilir, qərarları özü də verə bilir. Bu insandan insana dəyişir, hər fərddə bir cür baş verə bilir. Lakin heç kim hipnoz zamanı dərin yuxuya getmir. Hipnoz budur.”

Aytən Yusifova qeyd edib ki, insanlar müxtəlif səbəblərdən hipnoza müraciət edirlər:

“Hipnozda insan alfa və teta dalğasına düşdüyü üçün şüuraltı açılır. Bütün xatirələr, dramalar və anlar şüuraltında olduğundan, bu vasitə ilə insanlar sağala bilirlər. Aytən Yusifova qeyd edib ki, xüsusilə ağrı, stress və həyəcanın azalması, yuxu problemlərinin həlli, pis vərdişlərdən azad olmaq və psixoloji gərginliklərin aradan qaldırılması məqsədilə hipnoza müraciət olunur.

Hipnoz alfa və teta dalğasına düşdüyü üçün kortizol hormonunun səviyyəsini azaldır və sinir sistemini sakitləşdirir. Bu zaman insan özünü rahat və sakit hiss edir. Hipnoz ağrıların idarə olunmasında da istifadə olunur. Tədqiqatlar göstərir ki, hipnoz beynin ağrını qəbul etmə mexanizmini dəyişdirə bilər, yəni miqren, boyun ağrıları, fibromialgiya kimi ağrıları azaltmaq mümkündür. Hətta bəzi əməliyyatlardan narkozun miqdarını azaltmaq üçün də hipnozdan istifadə olunur, xüsusilə diş həkimləri və anesteziya mütəxəssisləri bunu tətbiq edirlər.

Hipnoz həmçinin pis vərdişlərdən və asılılıqlardan azad olmaq, psixoterapiyada isə avtomatik davranışları dəyişdirmək üçün də effektivdir. Bu üsul psixoterapevtlər, kliniki psixoloqlar və həkimlər tərəfindən istifadə olunur. Digər şəxslərin hipnozdan istifadəsi isə etik cəhətdən düzgün hesab edilmir”.

Psixoloq onu da qeyd edib ki, hipnoz tamamilə zərərsizdir:

“Bu tamamilə təhlükəsizdir. Yalnız bəzi risklər təcrübəsiz və qeyri-peşəkar şəxslər tərəfindən tətbiq olunduqda yarana bilər. Belə hallarda şüuraltında yalan xatirələr formalaşa bilər, çünki hipnoz zamanı şüuraltı açıq olur.

Şizofreniya, ağır psixoz və epilepsiya diaqnozu olan insanlarda hipnoz tətbiq etmək düzgün deyil və əks göstəriciləri ola bilər. Eyni zamanda manipulyativ məqsədlərlə istifadəsi etik pozuntulara səbəb ola bilər”.

Firuzə Mahmudova 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Sentyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri