Hizbullah atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
"Hizbullah" hərəkatı atəşkəs sazişi bağlandıqdan sonra ilk dəfə İsrail ordusunun Livanla sərhəddəki Kfar Şuba kəndi ərazisindəki mövqelərinə hücum etdiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "Əl-Mənar" telekanalı hərəkatın bəyanatına istinadən məlumat yayıb.
Məlumatda bunun İsrail tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına cavab olduğu qeyd edilir.
"İsrail ordusu Livanın cənubunda və Bekaa vadisində hücumları gücləndirib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb”, - hərəkatın bəyanatında deyilir.
Xatırladaq ki, İsrail və Livan arasında atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.
Baxış sayı:113
Bu xəbər 02 Dekabr 2024 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















