Icma.az
close
up
RU
Hizbullah tərk silah edilir? İsrailin Livan torpağında qalmaqda marağı yoxdur

Hizbullah tərk silah edilir? İsrailin Livan torpağında qalmaqda marağı yoxdur

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Hizbullah" təşkilatı İsrail qoşunlarının Livanı tamamilə tərk edəcəyi təqdirdə tərksilahla bağlı dialoqa hazır olduğunu açıqlayıb. "İsrail Livanın cənubundakı işğal olunmuş beş bölgədən qoşunlarını çıxarıb bombardmanları dayandıracağı təqdirdə Livan Prezidenti Cozef Aunla hərbi arsenalımızın gələcəyini müzakirə etməyə hazırıq", - deyə "Hizbullah" təmsilçisi vurğulayıb. Artıq "Hizbullah"ın bir neçə məntəqədən geri çəkildiyi də bildirilir. Bəs bu gedişat nə vəd edir? Təşkilat tamamilə tərk-silah edilə bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, "Hizbullah"ın bu kimi açıqlamaları nadir hallarda olur və ümumiyyətlə, təşkilat öz silahlarından vaz keçmək və ya onları müzakirə etmək məsələsində sərt mövqe sərgiləyib:

"Bəyanatın özü diplomatik proseslərin mümkün inkişafına dair mühüm siqnaldır. "Hizbullah"ın İsrailin geri çəkilməsi və bombardmanların dayanması şərti ilə silahlanma məsələsində dialoqa açıq olması, regional səviyyədə gərginliyin azaldılması istiqamətində irəliləyiş kimi qiymətləndirilə bilər. Bu, Livanın cənubunda daha sabit vəziyyətin yaranmasına səbəb ola bilər".

"Hizbullah"ın Livan prezidenti ilə hərbi arsenal barədə danışmağa razı olmasını bildirməsi isə daxili siyasi inteqrasiya baxımından əhəmiyyətlidir. Əgər bu dialoq baş tutarsa, Livan hökuməti ölkə daxilində silahlı qrupların nəzarətinə dair daha çox söz sahibi ola bilər. Bu kimi dialoqların baş tutması və "Hizbullah"ın silahsızlanması ehtimalı İran, Suriya və Qərb ölkələrinin Livan üzərindəki təsir balansını dəyişə bilər. Xüsusilə İran-"Hizbullah" xəttinin zəifləməsi mümkün olarsa, bu, ABŞ və Fransanın dəstəklədiyi Livan hökuməti üçün imkanlar yarada bilər", - deyə ekspert vurğulayıb.

Mütəxəssis əlavə edib ki, "Hizbullah"ın şərtinin İsrailin tam geri çəkilməsi və hücumları dayandırması olduğunu nəzərə almaq lazımdır:

"Bu addımlar atılmasa, bəyanat daha çox siyasi təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Amma əgər İsrail bu çağırışlara qismən də olsa müsbət cavab verərsə, sülh prosesi üçün hər halda bir zəmin yarana bilər. Lakin "Hizbullah"ın bu bəyanatı real silahsızlanma niyyəti ilə yanaşı, beynəlxalq təzyiqlər və ictimai rəyin yönləndirilməsi üçün də verilmiş ola bilər. Təşkilat öz mövqeyini qorumaq üçün zaman-zaman bu tip yumşaq ritorikalardan istifadə edib. Fikrimizcə, bu bəyənatın arxasında nə dərəcədə real istəklərin durmasına həm də hazırda davam edən ABŞ-İran danışıqları və onun gedişatı da birbaşa təsir göstərən vacib amildir. Bəyənatın məhz indi Omanda keçirilmiş və bu həftə Romada davam etdirilməsi razılaşdsırılmış ABŞ-İran danışıqları fonunda verildiyini də nəzərə almaq lazımdır. Əgər bu proses davamlı və qarşılıqlı etimadla müşayiət olunsa, İsrail və Livan arasında uzun illərdir davam edən qarşıdurmada dönüş nöqtəsi ola bilər".

İsrail Knessetinin sabiq deputatı, akademik tədqiqatçı Elina Bordaç-Yalov isə Oxu.Az-a deyib ki, "Hizbullah"ın açıqlamasına çox ehtiyatla yanaşmaq lazımdır:

"Dialoqa girmək istəyi zahirdə müsbət görünsə də, biz xatırlamalıyıq ki, "Hizbullah" İran tərəfindən dəstəklənən, İsrail mülki əhalisinə və əsgərlərinə qarşı saysız-hesabsız hücumlara görə məsuliyyət daşıyan terror təşkilatıdır. Həqiqi tərksilah bu cür təşkilatın müəyyən etdiyi şərtlərə əsaslana bilməz və sövdələşmə vasitəsi kimi də xidmət etməməlidir".

"Bununla belə, İsrailin Livan torpağında qalmaqda marağı yoxdur və heç vaxt Livan xalqı ilə münaqişəyə can atmayıb. Əsas məqsəd həmişə vətəndaşlarımızı qorumaq və şimal sərhədimizin artıq terror meydançası çevrilməməsinə çalışmaq olub. "Hizbullah" təcavüzdən və tərksilahdan geri çəkilməkdə ciddidirsə, Livan dövləti məsuliyyəti öz üzərinə götürməlidir. Biz sərhədlərimizi və vətəndaşlarımızı müdafiə etmək hüququmuzun yanında olmağa davam edirik. Gərginliyin azaldılması istiqamətində istənilən həqiqi addım yoxlanılmalı, tam və qeyd-şərtsiz olmalıdır".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Aprel 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri