Icma.az
close
up
RU
Hökumət quru sərhədlərini bağlı saxlayırsa... Politoloqdan AÇIQLAMA

Hökumət quru sərhədlərini bağlı saxlayırsa... Politoloqdan AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Pandemiya başlayandan bəri artıq 4 ildən çoxdur ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Qonşu ölkələr pandemiyadan sonra Azərbaycanla sərhədlərini açıblar. Amma nə Azərbaycan vətəndaşlarına quru yolla sərhəd ölkələrə gedib-gəlməyinə, nə də xarici ölkə vətəndaşlarının quru yolla Azərbaycana daxil olmasına icazə verilir. Düşünmürəm ki, təyyarə qəzasından sonra quru sərhədləri açılacaq”. 
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Onun sözlərinə görə, quru sərhədlərinin bağlı olmasının bir sıra mühüm səbəbləri var:

“Dövlət sərhədləri niyə bağlıdır? Düzdür, bəzi məqamlar var. Amma hər hansı bir təhlükə varsa, bu , əhaliyə bildirilməlidir. Deyilməlidir ki, Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün sərhədləri bağlı saxlayır. Buna inanan da var, inanmayanlar da. Sərhəd rayonlarda yaşayan əhali var. Qonşu ölkələrin sərhəd rayonlarından ticarət etdiklərini, oraya gedib işlədiklərini deyirlər. Sosial rifahları qonşu ölkələrdə etdikləri ticarətdən asılıdır. Hökumət quru sərhədləri bağlı saxlayaraq bunun qarşısını alırsa, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün daxildə işlər görməlidir. Artıq quru sərhədlərinin açılması üçün etirazların çoxaldığını müşahidə edirik”.
Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin martından etibarən xüsusi karantin rejimi çərçivəsində quru sərhədləri bağlanıb. Bundan başqa, Azərbaycan Hava Yolları" QSC Aktau şəhərində qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı istintaq prosesi başa çatana qədər Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırıb. 
Törə Zeynallı
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri