Icma.az
close
up
RU
Pezeşkianla bağlı iddiaların arxasında nə dayanır? Politoloqdan AÇIQLAMA

Pezeşkianla bağlı iddiaların arxasında nə dayanır? Politoloqdan AÇIQLAMA

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

İranda prezident Məsud Pezeşkianın istefa verə biləcəyi ilə bağlı iddialar rəsmi şəkildə təkzib olunsa da, ölkədəki siyasi gərginlik bu mövzunu yenidən gündəmə gətirib. Son dövrlərdə SEPAH-ın dövlət idarəçiliyində təsirinin artması və qərarvermə proseslərində rolunun genişlənməsi hakimiyyət daxilində balansın dəyişdiyi barədə müzakirələri gücləndirir. Eyni zamanda, post-Xamenei mərhələsinə dair qeyri-müəyyənlik siyasi sistemdə rəqabəti daha da kəskinləşdirir. Bu şəraitdə prezident institutu ilə güc mərkəzləri arasındakı münasibətlərin daha mürəkkəb xarakter aldığı bildirilir. Mövcud vəziyyət İranda daxili siyasi ziddiyyətlərin yeni mərhələyə keçdiyini göstərən əsas göstəricilərdən biri kimi dəyərləndirilir.

Mövzu ilə bağlı Moderator.az-a politoloq Züriyə Ruslanqızı açıqlama verib. 

Politoloq qeyd edib ki, İranda Pezeşkianın istefası ilə bağlı iddiaların rəsmi şəkildə təkzib olunması göstərir ki, bu məsələ hələlik təsdiqlənmiş siyasi fakt deyil, daha çox hakimiyyət daxilindəki gərginliklərin informasiya müstəvisinə çıxması kimi qiymətləndirilməlidir:

"Prezident Administrasiyası rəsmisi Mehdi Təbatəbai istefa xəbərlərini “yanlış” adlandırıb və Pezeşkianın fəaliyyətini davam etdirdiyini bildirib. Bununla belə, bu cür iddiaların gündəmə gəlməsi təsadüfi deyil: İranda seçilmiş prezident institutu ilə SEPAH və ali dini-siyasi rəhbərlik ətrafında formalaşan güc mərkəzləri arasında real səlahiyyət bölgüsü uzun müddətdir mübahisəli məsələ olaraq qalır.

Bu baxımdan Pezeşkianın mümkün istefa ssenarisi təkcə bir şəxsin vəzifədən getməsi kimi deyil, İran idarəetmə sistemində prezident institutunun məhdud imkanlarının, təhlükəsizlik strukturlarının artan siyasi çəkisinin və post-Xamenei dövrünə hazırlıq fonunda dərinləşən daxili rəqabətin göstəricisi kimi oxuna bilər. 

Əgər SEPAH qərarqəbuletmə prosesində daha həlledici mövqeyə keçirsə, bu, İranın daxili siyasətində sərtləşmə, xarici siyasətdə isə daha təhlükəsizlikçi xəttin güclənməsi deməkdir. Ona görə də istefa iddiası təsdiqlənməsə belə, onun ətrafında yaranan müzakirə İran daxilində güc balansının dəyişməsi və sistemin daha qapalı, hərbi-siyasi xarakter alması barədə sualları yenidən aktuallaşdırır".

Pərvin Şakirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 İyun 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri