Icma.az
close
up
RU
“Holberton School Azerbaijan”ın yeni təlim proqramları başladı Fotolar

“Holberton School Azerbaijan”ın yeni təlim proqramları başladı Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), “PASHA Holding” və “Holberton School Azerbaijan” ın birgə əməkdaşlığı çərçivəsində 4 yeni proqrama start verilib.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 25-i sözügedən təlim proqramının tədrislərinin rəsmi açılış mərasimi baş tutub.

Tədbirdə “Holberton School Azerbaijan”ın icraçı direktoru Şəmsi Bayramzadə, İRİA-nın sədr müavini Şahin Əliyev, “PASHA Holding” nümayəndəsi Tuğra Musayeva, eləcə də “Holberton School”un təsisçisi Florian Buçer açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda təlimlərin əhəmiyyəti, ölkənin İKT ekosisteminin inkişafına verəcəyi töhfələr və bu sahədə gələcək əməkdaşlıq imkanları vurğulanıb. Tədbir məzunların nailiyyətlərinin təqdimatı, yeni tələbələr tərəfindən gözləntilər və təşəkkür nitqi, həmçinin təlimlərin ilk günlərindən görüntüləri əks etdirən videoçarx nümayişi ilə davam edib.

Təlim proqramı üzrə “Holberton School Azerbaijan”a daxil olan 5213 müraciət arasından seçilən 200 nəfər proqrama qəbul olunub. Proqram çərçivəsində 160 nəfər məzunun yetişdirilməsi nəzərdə tutulur.

Tədris proqramları “Full-Stack Web Development və AI” (9 ay), “Cybersecurity” (10 ay), “Machine Learning” (10 ay), “Computer Science” (9 ay) və “Generative AI” (3 ay)  olmaqla 5 istiqamətdə həyata keçiriləcək.

“Generative AI” istiqaməti üzrə qeydiyyatın 2026-cı ilin fevral ayında elan edilməsi nəzərdə tutulur.

Təlim proqramının əsas məqsədi İKT sahəsində ixtisaslı kadrlar hazırlamaq, orta təhsilini tamamlamış və ya təhsilini yarımçıq qoymuş şəxsləri bu sahəyə cəlb etmək, peşə dəyişikliyi etmək istəyənlərə dəstək olmaq, eyni zamanda ölkədə İKT savadlılığını artıırmaq və bu istiqamətdə iqtisadi inkişafa töhfə verməkdir. 

Ölkədə 2023-cü ildən etibarən fəaliyyət göstərən “Holberton School Azerbaijan” dan indiyədək 129 nəfər məzun olub, onların 94 nəfəri İRİA ilə əməkdaşlıq proqramının məzunudur. Məzunların işlə təmin olunma göstəricisi 74% təşkil edir.

Qeyd edək ki, “Holberton School Azerbaijan” dünyaca məşhur “Holberton School” şəbəkəsinin bir hissəsidir. Layihənin əsas məqsədi tələbələrə müstəqil öyrənmə, tədqiqat aparma və real layihələr üzərində işləməklə praktiki təcrübə qazandırmaqdır. İRİA İKT sahəsində beynəlxalq təcrübənin ölkədə tətbiqi məqsədilə artıq iki ildir ki, “Holberton School”la əməkdaşlıq edir.

2016-cı ildən fəaliyyət göstərən “Holberton School” hazırda 20-dən çox ölkə, 30-dan çox şəhərdə qlobal təhsil şəbəkəsini formalaşdırır. Bu məktəblərin məzunları “LinkedIn”, “Google”, “Tesla”, “Docker”, “Apple”, “Dropbox”, “Facebook”, “Pinterest”, “Genentech”, “Cisco” və IBM kimi aparıcı texnologiya şirkətlərində karyera qurublar.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri