BMU tələbələri “Holberton School Azerbaijan”ın təqaüd proqramının qalibi olublar
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “PASHA Holding”in sponsorluğu ilə “Holberton School Azerbaijan” tərəfindən təqdim edilən təqaüd proqramının qalibi olublar.
"Unikal" xəbər verir ki, seçim mərhələlərini uğurla keçən BMU-nun İnformasiya və kompüter texnologiyaları, həmçinin Mühəndislik fakültələrinin tələbələri - Mənsur Rəhimli, Şükufə Məmmədli, Kamil Nəzərli, Təhminə Məmmədli, Ayxan İsgəndərzadə, Çiçək Abdullayeva, Fəqan Mustafayev, Rəhim Şıxqayıbov, Vüsal İsayev, Yaşar Abdullayev, Aydan İsmayılova, Royal Əskərov və Əli Qulaməliyev 100 faiz təqaüd qazanaraq müxtəlif ixtisas proqramlarına seçiliblər. Tələbələr Kibertəhlükəsizlik (Cyber Security), Kompüter Elmləri (Computer Science), Tam Stack Veb İnkişafı və Maşın Öyrənmə (Full-Stack Web Development və Machine Learning) istiqamətləri üzrə təhsil alacaqlar. Proqram çərçivəsində iştirakçılar müasir İT bilik və bacarıqlarına yiyələnərək praktiki əsaslı tədris imkanlarından faydalanacaqlar.
Qeyd edək ki, “Holberton School Azerbaijan”ın təqaüd proqramı ölkəmizdə informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Bu cür beynəlxalq standartlara uyğun təşəbbüslər gənclərin rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.
Təqaüd qazanan tələbələrimizi təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 25 Dekabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















