Icma.az
close
up
RU
Şəmsi Bayramzadə: “Holberton School Azerbaijan” fərqli bir qlobal kurikulum tətbiq edir

Şəmsi Bayramzadə: “Holberton School Azerbaijan” fərqli bir qlobal kurikulum tətbiq edir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 oktyabr, AZƏRTAC

Holberton Azərbaycan Məktəbi (Holberton School Azerbaijan) olaraq, İnnovasiya və İnkişaf Agentliyinin təşəbbüsü ilə artıq 300 nəfərlik təqaüd proqramını elan etmişik. Təqaüd proqramımız “Computer of Science”, “Full-Stack Web Development və AI”, “Machine Learning” və “Cybersecurity” proqramları üzrədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində “Holberton School Azerbaijan”ın təmsilçisi Şəmsi Bayramzadə deyib. O bildirib ki, tələbələrin minimal bacarıqları və bilikləri yoxlandıqdan sonra onlar ikimərhələli imtahandan keçirilir və təqaüd qazanmaq şansı əldə edirlər: “Təqaüd tamamilə 100 faizlidir, heç bir ödəniş tələb olunmur. Təqaüd 9 və 12 aylıq müddətdə fərqli proqramları əhatə edir”.

Təmsilçi qeyd edib ki, proqrama Azərbaycanda və ya xaricdə yaşayan bütün Azərbaycan vətəndaşları müraciət edə bilərlər: “Bakı və paytaxtımızın ətrafında yaşayanlar mütləq şəkildə kampusa gəlməlidirlər. Digər bölgələrdə yaşayanlar isə imtahanı və dərsləri onlayn davam etdirə biləcəklər. “Holberton School Azerbaijan” qlobal bir məktəbdir. 35 şəhərdə fəaliyyət göstərən məktəbin proqramı ilə Azərbaycanda fərqli qlobal kurikulumu tətbiq edirik. Bu da tələbələrə yalnız öyrənmək deyil, həm də layihələr əsasında iş həyatına hazırlıqlı olmaq imkanı verir.

Müraciət edən şəxs Azərbaycan vətəndaşı olmalı və 16 yaşdan yuxarı olmalıdır. Oktyabrın 29-dək hər gün imtahan keçirilir və 4 proqram üzrə qəbul prosesi davam edir.

İmtahan mərhələsi texniki biliklər və ingilis dili səviyyəsini əhatə edir. Hazırda tələbələr baza texniki biliklər və A2-B1 səviyyəsində ingilis dili üzrə imtahan verirlər. İkinci mərhələdə isə müsahibə keçirilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri