“Holberton School Azerbaijan” BDU da təqdimat edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Süni intellekt dövründə proqramlaşdırmanın rolu və gələcək perspektivləri” mövzusunda tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə “Holberton School Azerbaijan”ın nümayəndələri tələbələrə kursların məzmunu, beynəlxalq tədris modeli və təqdim olunan təqaüd imkanları barədə təqdimat ediblər.
Müzakirələr zamanı süni intellekt, veb-inkişaf, data elmi, kibertəhlükəsizlik, proqramlaşdırmanın əsasları və layihə əsaslı öyrənmə kimi mühüm istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tələbələr “Holberton School”un 100 faiz təqaüd proqramı, qlobal karyera imkanları və müasir proqramlaşdırma tədrisi modelləri barədə ətraflı məlumat əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 27 Oktyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















