Icma.az
close
up
RU
“Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! Müraciət

“Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! Müraciət

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir qrup QHT nümayəndəsi İsveçrənin Holcim Qrupuna daxil olan Lafarge şirkətinin və onun törəmə müəssisəsi olan “Lafarge Cement Syria”nın fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə və Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadəyə məktubla müraciət ediblər.

Axar.az APA-ya istinadla xəbər verir ki, məktubda bəzi vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları adından sözügedən şirkət və törəmə müəssisənin silahlı münaqişə dövründəki fəaliyyəti ilə bağlı sənədləşdirilmiş ittihamlar və məhkəmə qərarları barədə ciddi narahatlıq ifadə edilib.

Qeyd edilib ki, məlumatlara əsasən, “Lafarge” şirkəti 2012–2014-cü illərdə təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsinə və silahlı ekstremist qrupların bölgədə nəzarətinin artmasına baxmayaraq, Suriyanın şimalındakı Cəlabiyə sement zavodunda fəaliyyətini davam etdirib.

Məktubda bildirilib ki, keçmiş əməkdaşların ifadələri və məhkəmə materialları göstərir ki, şirkət kommersiya fəaliyyətini yerli işçilər ağır təhdidlər, adam oğurluqları və zorakılıq halları ilə üzləşdiyi bir şəraitdə aparıb:

“Kommersiya fəaliyyətinin davam etdirilməsi müqabilində beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan İŞİD kimi qruplara maliyyə və maddi dəstək göstərilməsi ilə bağlı ciddi faktlar hüquqi, etik və humanitar baxımdan dərin narahatlıq doğurur.

2022-ci ilin oktyabr ayında ABŞ federal məhkəməsində “Lafarge” və onun Suriyadakı törəmə müəssisəsi xarici terror təşkilatlarına maddi dəstək göstərdiyini etiraf edib. Məhkəmə qərarına əsasən, şirkət sement zavodunun fəaliyyətini davam etdirmək məqsədilə İŞİD və “Əl-Nusra Cəbhəsi”nə ödənişlər etdiyinə görə cinayət cərimələri və müsadirə daxil olmaqla, ümumilikdə 777,78 milyon dollar məbləğində cərimə ödəyib.

Bundan əlavə, 13 aprel 2026-cı il tarixində Paris Cinayət Məhkəməsi “Lafarge” şirkətini və onun dörd keçmiş rəhbər şəxsini 2013–2014-cü illərdə terror qruplaşmalarına 5.5 milyon avro ödənilməsində təqsirli bilmişdir. Məhkəmə şirkət barəsində maksimum məbləğdə cərimə, keçmiş rəhbərlər barədə isə həbs cəzaları müəyyən etmişdir. Hazırda “Lafarge” şirkəti insanlıq əleyhinə cinayətlərdə mümkün iştirakla bağlı istintaq altındadır”.

Aidiyyəti dövlət qurumlarına ünvanlanan müraciətdə vurğulanıb ki, beynəlxalq araşdırmalarda və məhkəmə proseslərində bildirildiyi kimi, bu hərəkətlər silahlı zorakılıqda, terrorizmin maliyyələşdirilməsində, mülki əhaliyə qarşı genişmiqyaslı pozuntular və insanlıq əleyhinə cinayətlərdə korporativ iştirakın qarşısını almağa yönəlmiş beynəlxalq normalara ziddir.

"Holcim Azərbaycan şirkətinin regionda əhəmiyyətli sənaye aktoru kimi rolunu nəzərə alaraq, hesab edirik ki, o, ən yüksək şəffaflıq, insan hüquqları üzrə lazımi araşdırma və etik biznes standartlarına riayət etmək məsuliyyəti daşıyır. Şirkət, beynəlxalq humanitar hüquqa, korrupsiyaya qarşı mübarizə standartlarına və silahlı və ya sanksiya altında olan qruplara birbaşa və ya dolayısı yolla dəstəyin qarşısının alınmasına dair açıq və şəffaf öhdəlik nümayiş etdirməlidir.

Qeyd edilənləri nəzərə alaraq, Holcim Qrupunun törəmə şirkəti olan Holcim Azərbaycan şirkətinin bütün fəaliyyətləri ilə bağlı şəffaf araşdırmalar aparılmasını xahiş edirik", - deyə müraciətdə qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 May 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri