Hollandiyada Fələstin bayrağı rəngləri gərginlik yaratdı FOTO
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hollandiyalı siyasətçi Esther Ouwehand parlamentdə Fələstinə dəstək üçün geyindiyi Fələstin bayrağı rəngli paltarına görə iclas zalından çıxarılıb.
Sherg.az xəbər verir ki, parlament sədri Martin Bosma bunun deputatların qərəzsiz geyim qaydasını pozduğunu bildirib.
Ouwehand paltarını dəyişməyi rədd edib və salonu tərk etməli olub. Qısa müddət sonra geri qayıdan siyasətçi bu dəfə qırmızı-yaşıl rəngli, qarpız naxışlı bluz geyinib. Bu da Fələstinlə həmrəyliyin rəmzi sayılır, lakin Bosma bu dəfə etiraz etməyib.
Ouwehand sosial şəbəkədə açıqlama verərək paltarının Fələstinlə həmrəylik mesajı olduğunu vurğulayıb:
“Qarpız rəngləri Fələstin xalqına dəstəyin simvoludur. Kral çıxış edərkən Qəzzada soyqırım davam edir, uşaqlar və jurnalistlər öldürülür. Bütün baxışlar Qəzzaya yönəlməlidir.”
O, həmçinin həmin gün Qəzzadan olan jurnalist və film istehsalçısı Mohammed Zaanounu parlamentə dəvət etdiyini bildirib və ona təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 20 Sentyabr 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















