Hollivud nağılının sonu: Cessika Alba və Keş Uorren 17 illik evlilikdən sonra ayrılırlar
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hollivud ulduzu Cessika Alba təxminən 17 illik evlilikdən sonra həyat yoldaşı, kinorejissor Keş Uorrenlə ayrılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə TMZ nəşri məlumat yayıb.
Bildirilir ki, məşhur cütlük bu yaxınlarda ayrılıb və indi boşanmağa hazırlaşırlar.
Aktrisanın kinorejissordan ayrılma səbəbi məlum deyil. Ulduzların özləri hələ ki, məlumatı şərh etməyiblər.
Qeyd edək ki, son bir ay ərzində Cessika Alba və Keş Uorrenin boşanma ərəfəsində olduğu barədə şayiələr dolaşırdı. Məsələn, Alba yanvarın 5-də Qərbi Hollivuddakı "Chateau Marmont" hotelində "Qızıl Qlobus" mükafatının təqdimatından əvvəl keçirilən gecədə həyat yoldaşı və nişan üzüyü olmadan görünüb. Bundan əvvəl kinorejissor Los-Ancelesdə gəzərkən üzüksüz görünüb.
Cessika Alba və Keş Uorren 2004-cü ildən birlikdə idilər. Məşhurlar "Fantastik Dördlük" filminin çəkilişlərində tanış olublar. Aktyor və kinorejissorun üç övladı var: 16 yaşlı Onor Mari, 12 yaşlı Heven Qarner və 7 yaşlı oğlu Heys.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 10 Yanvar 2025 03:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















