Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ-də keçirilən “Tribeca” kinofestivalının məlumat bazası haker hücumuna məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri kibertəhlükəsizlik mütəxəssislərinə istinadən məlumat yayıb.
Məlumata görə, haker hücumu nəticəsində Ancelina Coli, Robert de Niro, Şeron Stoun, Maylk Duqlas, Martin Skorseze, Corc Lukas, Morqan Friman, Cennifer Lourens kimi bir çox Hollivud ulduzunun şəxsi məlumatları internetdə paylaşılıb. Şəxsi məlumatlar arasında məşhurların telefon nömrələri, elektron poçt ünvanları, istifadə etdikləri “iPhone” modelləri və s. məlumatlar əks olunub.
“Tribeca” kinofestivalının təşkilatçıları sızma barədə məlumatlandırıldıqdan dərhal sonra hakerlərin paylaşdıqları məlumatlar silinib. Faktla bağlı araşdırma aparılır. Bu məlumatların hansı müddətə açıq mənbələrdə qaldığı hələlik müəyyən edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 27 İyul 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















